Qadınlara qarşı zorakılıq halları və onun doğurduğu fəsadlar

Son illərdə istər cəmiyyətdə, istərsə də dini aspektdə radikallığın artması qadınlara qarşı münasibətdə özünü daha qbarıq şəkildə büruzə verir. “Cənnət anaların ayaqları altındadır” qadınlar ya hansısa radikal dini qruplaşmaların köləsi rolunu oynayır, ya da müxtəlif cəmiyyətlərdə qadınlara qarşı zorakılıq halları artır. Bir qayda olaraq isə qadınlar ailə daxilində, həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar.

Dünyada yaşayan qadınların yarısı həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar

Son illərdə istər cəmiyyətdə, istərsə də dini aspektdə radikallığın artması qadınlara qarşı münasibətdə özünü daha qbarıq şəkildə büruzə verir. "Cənnət anaların ayaqları altındadır" qadınlar ya hansısa radikal dini qruplaşmaların köləsi rolunu oynayır, ya da müxtəlif cəmiyyətlərdə qadınlara qarşı zorakılıq halları artır. Bir qayda olaraq isə qadınlar ailə daxilində, həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar. Müstəqil ekspert Aysel Vəliyeva deyir ki, ölkələrin inkişaf səviyyəsi ilə qadınlara verilən dəyər arasında bir əlaqə olduğu düşünülsə də, statistikalar dünyanın demək olar ki, hər yerində qadınların təzyiqə, çətinliyə və hücuma məruz qaldığını göstərir. Onun sözlərinə görə,bu gün dünyada yaşayan qadınların yarısı həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar: "Çində ildə 1 milyon qız uşağı doğulan kimi öldürülür. Dünyada zorakılıq yolu ilə öldürülən qadınların sayı isə 40-50 milyon təşkil edir. Beynəlxalq Miqrasiya Təşkilatı hər il iki milyon qadının sərhədlərdən kənar qadın alverində istifadə edildiyini bildirir. Hələ də ən az 54 ölkədə qadınlara qarşı diskriminasiya qanunları mövcuddur. Hər üç qadından biri döyülür, cinsi istismara və təcavüzə məruz qalır. Cinayətə qurban gedən qadınların 70 faizi partnyorları tərəfindən öldürülür". Ekspert deyir ki, qadınlar təkcə cinsi istismar və zorakılığa məruz qalmırlar. Eyni zamanda iqtisadi mənada da istismar edilirlər: "Məsələn, dünyadakı işlərin 66 faizini qadınlar görür, ancaq dünyadakı ümumi gəlirin sadəcə 10 faizinə, mal varlığının isə 1 faizinə sahibdirlər. Başqa sözlə desək, dünyadakı işlərin 34 faizi kişilər tərəfindən görülür, amma kişilər dünyadakı ümumi gəlirin 90 faizinə və ümumi mal varlığının 99 faizinə sahibdirlər. Qadınlar keçmişdə də, şiddətə və iqtisadi istismara məruz qalırdılar, hazırda da məruz qalırlar. Sosioloqlar və psixoloqlar qadına qarşı zorakılığın əsas səbəblərini elmi cəhətdən araşdırırlar. Bu araşdırmalarda işsizlik, yoxsulluq və savadsızlıq kimi ictimai səbəblərin, alkoqol və narkotikdən istifadənin, uşaqlıqda zorakılığa məruz qalan oğlanların psixoloji pozuntularının və ictimai təzyiqin qadına qarşı zorakılığın əsas səbəbi olduğu bildirilir.Zorakılığın kişinin təbiətində olduğu, bunun kişi üçün güc, cəsarət, enerji mənasına gəldiyi kimi çox səthi və məntiqsiz nəzəriyyələr irəli sürülür. Ancaq bunların heç biri qadına qarşı zorakılığın qarşısını almağa kifayət etmir. Elmi araşdırmaların nəticələri qadına qarşı zorakılığa qarşı alınacaq tədbirlər üçün vacib bilgilər ehtiva edir. Lakin bu araşdırmaların və görülən tədbirlərin təkbaşına kifayət etmədiyi də bir həqiqətdir. Çünki nə gəlir və təhsil səviyyəsinin yüksək olması, nə də ölkələrin inkişaf etmiş olması qadına qarşı zorakılığın qarşısını ala bilmir. Belə ki, Birləşmiş Ştatlarda hər 6 dəqiqədə bir qadına təcavüz edilir. İngiltərədə hər 7 qadından biri sevgilisi tərəfindən təcavüzə məruz qalır. Fransada hər ay 6 qadın ailə daxili zorakılıq səbəbindən həyatını itirir. Ölkəmizdə də bu vəziyyət elə də fərqli deyil. Belə ki, bu son iki ay ərzində 30-dan çox qadın həyatını itirdi. Bu məlumatlar dünyada qadınların zorakılıq, psixoloji təzyiq, bərabərsizlik, ayrı-seçkilik və haqsızlıq içində yaşamağa davam etdiklərini göstərir". Natiq bildirir ki, qadına qarşı siyasi və ictimai təzyiq qədim dövrlərdən etibarən davam edən çirkin ənənə halını alıb: "Dünyanın ən inkişaf etmiş və zəngin ölkələrində belə rast gəlinən bu zehniyyətin arxa planında qadının yarı-insan olaraq görülməsinin payı var. Bunun nəticəsində qadın guya əzilməyə məhkum, zavallı, təzyiq görməyə layiq varlıq olaraq qəbul edilir. Dünyanın bir çox ölkəsində qadınların təhsildən məhrum edilməsində, evə məhkum edilməsində, iş imkanlarının qanuni və ənənəvi əngəllərlə məhdudlaşdırılmasında, iş şəraitində bərabərsizlik və ayrı-seçkiliklə üzləşməsində, bunun nəticəsində cəmiyyətin ən yoxsul, ən müdafiəsiz və zəif fərdi halına gəlməsində bu yanlış düşüncənin böyük payı var. Bütün dünyada qadınlara qarşı bu yanlış dünyagörüşünün və qadın hüquqları axtarışının dəyişməsi lazımdır. Ancaq qınayaraq və ya qanunlarla bunun həll olmayacağı da aşkardır. Qadına ictimai həyatda, siyasətdə, iş yerlərində, küçədə, evdə, qısası, hər yerdə öncəlik verilməsi önəmlidir. Qadına qarşı zorakılığa qarşı çəkindirici qanunların olması, şiddətə məruz qalan qadınlar üçün sığınma evlərinin sayının artırılması zorakılığın qarşısını almaq üçün kampaniyalar, valideyn məlumatlandırma proqramları başladılması, medianın qadına qarşı zorakılığın qarşısını alan verilişlər hazırlaması bu istiqamətdə atılacaq müsbət addımlardır. Hər kəs qadına qarşı zorakılıq tətbiq edənlərin ən ağır formada cəzalanmasını istəyir. Halbuki əsas məsələ bu cinayətlərin heç baş verməməsini təmin etmək və qadına uzanacaq əlin qarşısını almaqdır. Burada həll yolu üçün problemin əsas səbəbini incələmək lazımdır. İllər boyu insanlara təlqin edilən mənfəətpərəst, Allahdan uzaq təhsil sistemi və bunun nəticəsində meydana gələn inancsızlıq cəmiyyətdəki zorakılığın əsas səbəbidir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradıcısı olduğunu, hər kəsin yaşamaq hüququna malik olduğunu düşünmürlər. Eqoizm, özünü bəyənmə, öz mənfəətini düşünən insanlarda tətmin olmama duyğusu güclü şəkildə baş qaldırır. Bu da cəmiyyətdə azğıncasına sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu pik həddə gətirib çıxarır. Şəfqət, mərhəmət və anlayış yerini davaya, təcavüzkarlığa və münaqişəyə verir. Haqlının deyil, güclünün həyatda qala biləcəyi inancı dünyanı sanki sevgisizlik cəhənnəminə çevirir. Mən mərkəzli, qeyri-sağlam, partlamağa hazır bomba kimi yaşayan insan modeli zəngin də olsa, onlarla universitet də bitirmiş olsa, ruhundakı zorakılıq istəyini heç bir şəkildə tərk edə bilmir. Eqoizm və sevgisizlik insanları özündən başqasına dəyər verməməyə sövq edir. Təkcə şəxsi mənfəəti üçün bir araya gələn qadın və kişi zaman keçdikcə bir-birindən nifrət edir və nəticədə kişiyə nisbətən daha zəif olan qadınlar ən pis formada zorakılığa məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir və ya ən gözəl mühitlər qadın üçün kabus ola bilir. Problemin həlli üçün zehinlərdə qadını yarım varlıq olaraq görən yanlış, xurafat və fanatik fikirlərin dəyişməsi çox vacibdir. Qadın Allahın bu dünyadakı ən gözəl təzahürüdür və çox özəl varlıqdır. Yanlış ideologiyalar tərəfindən təlqin edilməyə çalışılan zehniyyətin əksinə qadının mərhəmətdə, şəfqətdə, sevgidə, sədaqətdə, vəfada, incəlikdə, təmizlikdə, hər tərəfli düşünmədə, keyfiyyətdə, gözəllikdə və daha bir çox məsələdə kişidən daha üstün olduğu izah edilməlidir. Həmçinin qadınların incə varlıq olduqları, xoş və çox zəkalı olduqları xatırladılmalıdır. Unudulmamalıdır ki, kişilər daha səthi düşünərkən qadın daima dərin düşünür. Sənətə, estetikaya olan meyilliliyi daha güclüdür. Bu səbəbdən qadın dünyanın bəzəyi, gözəlliyi və ən böyük nemətidir. Allah qorxusu və Allah sevgisi ilə birlikdə qadının bu xüsusiyyətlərinin daimi olaraq ətraflı və səmimi olaraq gənclərə izah edilməsi həyati əhəmiyyət daşıyır. Allah sevgisi və Allah qorxusu olan insan qarşısındakı qadını Allahchr("39")ın yaratdığını bildiyi üçün ona qarşı böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan bir kişi qadına qarşı ən kiçik bir incidici söz söyləməz və bütün imkanları ilə onu qoruyar".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31