Səməd Seyidov: “Bu məsələdə Azərbaycanla Türkmənistan bir mövqe nümayiş etdirir”

“Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyoruluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır”.

"Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyoruluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səməd Seyidov "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi" barədə qanun layihəsindən danışarkən deyib.Deputat əlavə edib ki, sənəddə Xəzər dənizinin bölünməsi məsələsi də öz əksini tapıb və bu məsələdə Azərbaycanla Türkmənistan bir mövqe nümayiş etdirir: "Hesab edirəm ki, sənəddə Azərbaycan - Türkmənistan münasibətlərinin Xəzər dənizi nöqteyi-nəzərdən ifadə edilməsi müsbət haldır. Həmçinin sənəddə Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə nəqliyyat sahəsindəki münasibətləri də öz əksini tapıb". Sənəd səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31