Bu il paytaxt məktəblilərindən 25 nəfər qızıl medal alıb
Cari ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu imtahan zamanı bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. Təhsil İdarəsindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, bir sıraməktəblərin məzunları isə qızıl və gümüş medallarla təltif olunub.
29 Dekabr 2017 15:30 SosialCari ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu imtahan zamanı bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. Təhsil İdarəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, bir sıraməktəblərin məzunları isə qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.