Gündəm
Aqil Məmmədov "Neftçi”də!
"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib. Qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərəflərin istəyinə əsasən mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.
Məhkəmə Rəhim Qazıyevlə bağlı QƏRAR VERDİ
Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Rəhim Qazıyevin şikayəti qismən təmin edilib və o, azadlığ buraxılıb. Onun inzibati həbs cəzası cərimə cəzası ilə əvəzlənib.
İsrail ordusu Qəzza zolağında əməliyyata başlayıb
İsrail ordusu Qəzza zolağında əməliyyata başlayıb. Məlumata görə, Qəzzadan atılan raket atəşinə cavab olaraq, İsrail hərbçiləri silhalı qruplaşmaların mövqelərinə hücum edib.
Doğum zamanı ŞOK HADİSƏ: uşağın başı bədəndən ayrılaraq ananın BƏTNİNDƏ QALDI
Doğum zamanı uşağın başı qoparaq ananın bətnində qalıb. Hadisə Argentinanın şimal-şərq bölgəsində yerləşən Tarqatal şəhərindəki xəstəxanalardan birində baş verib. Məlumata görə, 30 yaşlı Valazquez 22 həftəlik hamilə olub.
"Dolma və kamançanın UNESCO-nun siyahısına salınması mədəniyyətimizin təntənəsidir"
"Mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir".
Amerika Ticarət Palatası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını dəstəkləyir
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması təşəbbüsünü dəstəkləyir. “OLAYLAR"-ın xəbərinə görə, Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlıq (KOS) üçün mərkəzləşdirilmiş agentliyin yaradılması Azərbaycanda kiçik və orta sahibkarlq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir.
Dini Komitə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, vakant dövlət qulluğu vəzifələrinə Komitənin Bakı şəhəri üzrə şöbə müdiri, Sumqayıt bölgəsi üzrə şöbə müdiri, Ucar bölgəsi üzrə şöbə , şöbə müdiri və İmişli bölgəsi üzrə şöbə müdiri vəzifələri aiddir.
İranda bahalaşmaya etiraz olaraq aksiyalar keçirilib
İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, bu gün cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. İranın Məşhəd və Kirmanşah şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təbrizdə keçirilə etiraz aksiyasının sosial mediada videosu yayılıb.
Edin Ceko: ""Qarabağ"la oyun asan olmamışdı"
"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib. "İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.
Günün matçlarını yayımlayacaq kanallar - SİYAHI
İŞİD İraqda əks hücumlara başladı
İŞİD terror qruplaşması İraqda əks hücumlara başlayıb. Bu barədə "Telegram" sosial şəbəkəsində terrorçuların fəaliyyətini işıqlandıran "Directorate 4" kanalı məlumat yayıb.
Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
"Mətbuat 2017-ci ildə dövlətimizin inkişafı prosesində əhəmiyyətli uğurları ilə yadda qaldı"
“Yola saldığımız 2017-ci il Azərbaycan xalqı üçün bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Bu ilin əvvəlində Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi Onun vaxtında və dəqiqliklə atdığı çoxsaylı mütərəqqi addımlarından biri olaraq qiymətləndirilir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 2017-ci ildə əldə edilən nailiyyətləri şərh edərkən deyib.
Bayram günləri banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr - 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr – 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək (bankların iş qrafiki cədvəldə təqdim edilir).
Bu cərimələrdən yığılan vəsaitin 25 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə xərclənəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 4 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.














