Edin Ceko: ""Qarabağ"la oyun asan olmamışdı"
"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib. "İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.
29 Dekabr 2017 16:46 İdman"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib. "İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.
Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək qrupu birinci pillədə tamamlayıb. Qol.az