Pekin İrandakı ABŞ bazasına hücumda Çin qurumlarının əli olması barədə iddiaları təkzib edib – ÖZƏL
14:02 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciyakun İordaniyadakı ABŞ hərbi bazasına İranın hücumu ərəfəsində Çin təşkilatlarının Tehrana peyk şəkilləri ötürməsi haqqında xəbərləri əsassız adlandırıb. Diplomat Pekinin beynəlxalq öhdəliklərinə tam əməl etdiyini və sübutsuz ittihamları qətiyyətlə rədd etdiyini bildirib.
Xatırladaq ki, iyulun 17-də İordaniyadakı "Muvaffaq-Salti" aviabazasına raket zərbəsi nəticəsində 3 amerikalı hərbçi həlak olub. Əvvəlcə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən İranın Çin qurumlarından yüksək keyfiyyətli peyk şəkilləri aldığını iddia etsə də, Çin hakimiyyətinin bu prosesdə birbaşa iştirak etdiyini təsdiqləməyib. Pekin Vaşinqtondan bu iddialarla bağlı konkret sübutlar tələb edib.