Gündəm

Uşaq evindən götürdüyü qızına 2 milyonluq ev aldı

29 Dekabr 2017 18:35

62 yaşlı müğənni Nilufər qazandığı pulları daşınmaz əmlaka yatırtmağa davam edir. İfaçı 1999-cu ildə uşaq evindən övladlığa götürdüyü qızı Ayşe Nazlı Yumluiya 2 milyon lirəyə (təxminən 1 milyon manat) ev alıb. 18 yaşlı qızına evi hədiyyə edən Nilufər Nazlını “ən yaxın rəfiqəm” adlanıdırıb. 

7 aylıq eşq bitdi

29 Dekabr 2017 18:30

Müğənni Betül Demir 7 aydır münasibətdə olduğu futbolçu sevgilisi Ergin Keleşdən ayrılıb.  Cütlüyün ayrılıq səbəbi bilinmir. İyundan münasibətə başlayan Betüllə Ergin hər zaman bir-birlərini çox sevdiklərini söyləsələr də, bundan sonra bir araya gəlməyəcəklər.

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

29 Dekabr 2017 18:20

Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq, hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.

“3D” printerdə çap edilən aviamühərrikin uğurlu sınaqları keçirilib

29 Dekabr 2017 18:15

“GE Aviation” şirkəti detallarının 30 faizinin üçölçülü printerdə çap edildiyi turbovintli mühərrikin sınaqlarını keçirib. Mühərrikin Praqada “Cessna Denali” təyyarəsində tam funksional testi uğurla başa çatıb.

"Everton" formaları satışdan çıxartdı

29 Dekabr 2017 18:10

"Everton" internet-maqazində satışa çıxarılan formaların alışını dayandırıb. Klub rəhbərliyi bunu azarkeşlərin formada səhv tutmasından sonra edib. Formanın üzərində retro-şəkil yerləşdirilib. Ancaq məlum olub ki, bu şəklin "Everton" azarkeşlərinə heç bir dəxli yoxdu.

Prezident İlham Əliyev Kuba rəhbərini təbrik edib

29 Dekabr 2017 18:06

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

Mətbuat Şurasının Şikayətlər Komissiyasının iclası keçirilib

29 Dekabr 2017 18:04

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 2017-ci ildə son iclası keçirilib. Şuradan verilən məlumata görə, toplantını giriş sözü ilə açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Avtomobildə diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə cərimə ləğv edilib

29 Dekabr 2017 18:03

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.

The Hill": Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir

29 Dekabr 2017 17:55

Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir. Məlumata görə, bunu bir müddət əvvəl Bakıda olmuş amerikalı politoloq Raul Louri Kontreras yazıb.

Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir

29 Dekabr 2017 17:52

Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir. Məlumata görə, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi deyib. O qeyd edib ki, Azərbaycan Türkiyənin ən etibarlı ticari və iqtisadi tərəfdaşlarından biridir.

Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər - SİYAHI

29 Dekabr 2017 17:50

Yeni ilə sayılı günlər qalıb. “Yeni il xarici ölkələrdə daha gözəl qeyd olunur”, - deyə düşünürsüzsə, Ailem.az Yeni ili keçirə biləcəyiniz ən gözəl şəhərləri təqdim edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib

29 Dekabr 2017 17:43

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

İlham Əliyevdən “ASAN xidmət”lə bağlı SƏRƏNCAM

29 Dekabr 2017 17:31

Prezident İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Hikmət Hacıyev: Ermənistanın vitse-spikeri siyasi savadsızlığını, populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir

29 Dekabr 2017 17:30

"Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır. Hər bir verdiyi açıqlama ilə Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir. Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirilməsinə ehtiyac vardır".

DİN və Baş Prokurorluğun istintaq-əməliyyat qrupu dəhşətli qətli araşdırmaq üçün Ağstafaya ezam olunub

29 Dekabr 2017 17:19

Ağstafa rayonunda baş verən dəhşətli qətlin araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.