Prezident İlham Əliyev Kuba rəhbərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.
29 Dekabr 2017 18:06 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31