ADU-nun Filologiya və Jurnalistika fakultəsi Hərbi Akademiyada

Qloballaşan dünyada xarici dillərdən birinə, əsasən də ingilis dilinə yiyələnmək, bu dilin vasitəsiylə Azərbaycanı beynəlxalq arenada təmsil etmək, ölkənin mənafeyini qorumaq çox vacib məsələlərdir. Bu məqsədlə Hərbi Akademiyanın Xarici dil və tərəfdaşlıq mərkəzində hər il xarici dil kursları və sertifikatlaşdırma imtahanları təşkil edilir. Belə silsilə tədbirlərdən biri, NATO-nun hərbidə İELTS və TOFFEL imtahanlarına bərabər tutulan STANAG 6001 (Standardized Agreement) testləridir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyət göstərən STaNaG ingilis dili test komissiyası imtahan üçün hazırlanmış sualların müfəssəlliyi və dəqiqliyinin sınaqdan keçirilməsi məqsədilə Azərbaycan Dillər Universitetinə müraciət etmişdir.

ADU-nun rektoru akademik Kamal Abdullayev Silahlı Qüvvələrə son dərəcə önəmli dəstək nümayiş etdirərək, test suallarının yoxlanılması və sınaqdan keçirilməsini təmin etmək məqsədilə universitetin Filologiya və Jurnalistika fakultəsinin dekanı Vüsalə Ağabəyliyə tapşırıq vermişdir.  Fakultə tərəfindən bu prosesə IV kurs tələbələrindən müəyyən tədris keyfiyyətlərinə görə seçilən tələbələr cəlb olunmuşdur. Sinaqdan uğurla keçmiş test tapşırıqları 20-25 noyabr 2017ci il tarixlərində keçirilmiş imtahanda tətbiq olunmuş və imtahan nəticələri artıq əldə olunmuşdur. İmtahanda müvəffəqiyyət qazanan hərbi qulluqçular və o cümlədən ADU-nun ən yüksək nəticə göstərmiş  Filologiya və Jurnalistika fakultəsinin altı tələbəsi və fakultə dekanı Vüsalə Ağabəyli 26 dekabr 2017 ci il tarixində təşkil olunan sertifikatların və fəxri fərmanların təntənəli təqdimatı mərasimində iştirak etmişlər. Çox yüksək səviyyədə təşkil olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının General-Mayoru Azər Əliyev Azərbaycan Dillər Universitetini növbəti mərhələlərdə də əməkdaşlığa dəvət etmiş, tələbələrə və zabitlərə sertifikat və fərxi fərman təqdim etmişdir. Növbəti çıxış edən Vüsalə Ağabəyli bu əməkdaşlığın ölkənin mənafeyini birmənalı şəkildə qorumağa xidmət etdiyini və bu prosesdə əllərindən gələn dəstəyi əsirgəməyəcəklərini vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31