Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə görüş keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıblar.

Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı "Gülsam" Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıblar. Asif Əsgərov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. İl ərzində Nəsimi rayon İcra hakimiyyəti tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. "Gülsam" Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunublar. Tədbirdə saglamlıq imkanları məhdud olan şəxslərə bayram hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31