Gündəm

Politoloq: “ABŞ Türkiyədən vaz keçə bilməz”

22 Yanvar 2018 12:50

“ABŞ Türkiyənin Afrində əməliyyatlar aparmasına dəstəyini əslində əməliyyatlar başlamamışdan əvvəl verib. Bəzi  ölkələr məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmaq istəyirlər, ancaq ortada fakt var. Fakt ondan ibarətdir ki, Türkiyə dəfələrlə dünya ölkələrini  kürd terror qruplarını oradan yığışdırmağı tələb etmişdi”.

İnsan bədəninin içini görə bilən “X-Ray” gözlü qadın 

22 Yanvar 2018 12:48

Rusiyada yaşayan 31 yaşlı Natalya Nikolayevna Demkina (Nataşa Demkina) “X-Ray” gözlərə sahibdir. Demkina bu gözlər vasitəsilə insan bədəninin içini, sümüklərini, orqanlarını, hətta qan axınını belə görə bilir. Belə bir bacarığa sahib olduğunu isə ilk dəfə 10 yaşında hiss etdiyini bildirir: “Anam ilə evdə olarkən gözlərimdə fərqli bir şey oldu. Daha sonra təkrar anama baxdıqda onun bədənini və orqanlarını görməyə başladım. Orqanlarını anama dedim və onları bir-bir saydım. İndi isə insanların daxilini rəngli şəkillər kimi görürəm və analiz edə bilirəm. Bunun vasitəsilə onlarda hansı xəstəliklərin olduğunu dərhal bilirəm”.

Gürcüstanda tuneldə partlayış nəticəsində üç nəfər xəsarət alıb

22 Yanvar 2018 12:47

Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib. Məlumata əsasən, nəticədə 3 nəfər ciddi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslər tunelin tikintisində çalışan fəhlələrdir.

Azərbaycanda cərrah özünü əməliyyat etdi - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

22 Yanvar 2018 12:44

2004- 2010-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış ümumi və plastik estetik cərrahı Mübariz Məmmədlinin əməliyyat masasından görüntüləri yayılıb. Özü-özünü əməliyyat edən cərrah lentə aldığı anları özünün instaqram səhifəsində paylaşıb. M.Məmmədli videoda liposaksiya (Piy sovurma əməliyyatı) etdiyini bildirib: "Bu gün biz özümüz-özümüzə liposaksiya əməliyyatı edirik".

Misir mətbuatı 20 Yanvar faciəsindən yazıb

22 Yanvar 2018 12:38

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun 20 Yanvar hadisəsi ilə bağlı “Qara Yanvar qurbanları ədalət axtarır” sərlöhvəli məqaləsi Misir mətbuatında yayılıb.

“Leyli və Məcnun” operasının 110 illiyi

22 Yanvar 2018 12:38

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş  operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub. Yubiley tamaşasında  Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.

Əli Kərimli artistlik edir

22 Yanvar 2018 12:36

 "90-cı ilin 20 yanvar günü Elçibəydən tutmuş İsaya, Nemətə, Rəhimə qədər kimin harda olması zaman-zaman bilinsə də, bu zalım oğlu Əli Kərimli o vaxt necə gizlənmişdisə , hara qeyb olmağını hələ də araşdırıb tapa bilən yoxdu".

Roma Papası Fransiskin Azərbaycan səfəri POÇT MARKALARDA

22 Yanvar 2018 12:35

Vatikanda Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycan, Gürcüstan Meksika, Polşa, Yunanıstan, İsveç səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxılıb. Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanası bu markaları əldə edərək kolleksiyasını zənginləşdirmək məqsədilə İtaliyanın Ca Foscari Venezia Universitetinə müraciət edib. MEK-in müraciəti əsasında İtaliyanın Ca Foscari Venezia Universitetinin Linqvistika kitabxanası beynəlxalq kitab mübadiləsi çərçivəsində Papanın Azərbaycana və digər ölkələrə etdiyi səfərə həsr olunmuş markalar göndərib. Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında katoliklərin dini liderinin arxa fonunda Bibiheybət məscidinin şəkli əks olunub.

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək      

22 Yanvar 2018 12:34

Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadə və biznesmenlər azadlığa çıxmaları üçün kral xəzinəsinə ödəniş etməyə razı olublar. Bunun üçün mehmanxanaların birində saxlanılan şahzadələr 10 milyard dollara yaxın ödəniş edəcəklər. Ər-Riyaddakı “Rits Karlton” mehmanxanasının nömrələrində artıq bir neçə aydır ki, nəzarətdə saxlanılan şahzadələrdən 90ı artıq ödəniş edərək azadlığa çıxıb.

14 yaşınadək yeniyetmələrə dərman satılması qadağan olunur

22 Yanvar 2018 12:32

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Məlumata görə, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.

Baş cərrah: "Keyləşdirmə altında olan şəxs özünü necə əməliyyat edə bilər?"

22 Yanvar 2018 12:30

Belə məlumatlar verilir ki, guya Sumqayıtda kimsə özünü əməliyyat edərək kor bağırsağını çıxardıb, başqa bir şəxs də piyini çıxardıb. Lakin bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var.

Rusiya Dünya Çempionatı ilə bağlı daha bir yeniliyə imza atdı

22 Yanvar 2018 12:29

2018-ci il futbol üzrə Dünya Çempionatının ev sahibi olan Rusiya bu mundialın təşkilində daha bir ilkə imza atacaq. Yarışların keçiriləcəyi 11 şəhərdən biri olan Yekaterinburqda avtobus və tramvay kimi ictimai nəqliyyat sistemlərində bank kartı və mobil tətbiqlər vasitəsilə ödəniş etmək imkanı təmin ediləcək.

Nazarbayevin Qarabağ planı Ermənistanı QORXUYA SALDI: İrəvana gözlənilməz ZƏRBƏ

22 Yanvar 2018 12:27

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Bu, türk ölkəsinə sədrliyi müddətdə bir sıra mühüm addımlar atmağa, ən azından, istədiyi məsələni Təhlükəsizlik Şurasının gündəminə gətirməyə imkan yaradır. Rəsmi Astana sədrlik postunu təhvil alanda prioritetlərinin nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibənin qarşısını almaq, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacağını açıqladı. Qardaş ölkə Qazaxıstanın bu mühüm posta yiyələnməsi Azərbaycanın maraqları baxımından da tarixi hadisədir. Xüsusilə Astananın lokal münaqişələrin həllini prioritet elan etməsi Dağlıq Qarabağ münaqişəsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyi ehtimalını artırır.

Qalmaqal yaradan addım: “İsgəndər” niyə ləğv edildi?

22 Yanvar 2018 12:25

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Artıq bir neçə gündür ki, yeni qaydalar ətrafında yaranmış qalmaqallar səngimir. Yeni dəyişikliklər ictimaiyyətdə böyük müzakirələrə, mübahisələrə və hətta bəzi məqamlarda tərəflərin bir-birilərini təhqir etmələrinə səbəb olub.

Elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilir?

22 Yanvar 2018 12:22

Məlum olduğu kimi 2017-ci ilə qədər qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə- fakturaların kağız formasında tətbiqi bir çox hallarda vergidən yayınma hallarına şərait yaradırdı. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə bu sahədə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Elektron qaimə-fakturalarını tətbiqi məqsədilə Vergi Məcəlləsinə “Elektron qaimə- fakturaları” adlı 71-1-ci maddə və eyni zamanda 16.1.11-6-cı və 16.1.11-ci maddələr əlavə edilib. Maraqlıdır, elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilməlidir?