Politoloq: “ABŞ Türkiyədən vaz keçə bilməz”

“ABŞ Türkiyənin Afrində əməliyyatlar aparmasına dəstəyini əslində əməliyyatlar başlamamışdan əvvəl verib. Bəzi  ölkələr məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmaq istəyirlər, ancaq ortada fakt var. Fakt ondan ibarətdir ki, Türkiyə dəfələrlə dünya ölkələrini  kürd terror qruplarını oradan yığışdırmağı tələb etmişdi”.

"ABŞ Türkiyənin Afrində əməliyyatlar aparmasına dəstəyini əslində əməliyyatlar başlamamışdan əvvəl verib. Bəzi  ölkələr məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmaq istəyirlər, ancaq ortada fakt var. Fakt ondan ibarətdir ki, Türkiyə dəfələrlə dünya ölkələrini  kürd terror qruplarını oradan yığışdırmağı tələb etmişdi". Bu fikirləri  açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, sonuncu dəfə Rakka əməliyyatlarından əvvəl ABŞ Türkiyəyə söz vermişdi. Lakin ABŞ rəsmisinin ötən həftə səsləndirdiyi bəyanat və onların Suriyanın şimalında kürd və ərəblərdən ibarət ordu yaratmaq istəyi əməliyyatların başlanmasını tezləşdirdi.  Politoloq vurğulayıb ki, faktiki olaraq, kürdlər növbəti dəfə Rusiya və ABŞ tərəfindən dəstəklənmədi. Z. Məmmədovun fikrincə, Türkiyə olan yerdə bu mümkün deyil: "Türkiyə regionun çox vacib dövlətidir. ABŞ NATO üzvü olan, regionda hərbi və ideoloji, siyasi çəkiyə malik olan Türkiyədən vaz keçə bilməz və keçməyəcək də. Türkiyənin Suriyanın şimalındakı əməliyyatları Rusiya və ABŞ-la razılaşdırılıb". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31