Gündəm
Əsgərdən ailəsinə ürək dağlayan sözlər - Məni gözləməsinlər - VİDEO
Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan bir reportaj hər kəsi duyğulandırıb. Əsgər ona ünvanlanan suallara qısa, amma çox təsirli cavablar verib.
"Real"dan rekord transfer - İngiltərəli ulduza 227 milyon
"Real" növbəti transfer rekorduna imza atmaq niyyətindədir. İspanlar "Tottenhem"in ingiltərəli ulduzu Harri Keynə 227 milyon avroluq təklif göndərməyə hazırlaşır. Bu haqda iddialar "The Sunday Times" qəzetində yer alıb. İddialara görə, "Real" Harrini heyətinə qata bilmək üçün qızğın mübarizə aparacaq. Çünki "Tottenhem" bu mövsüm 28 matçda 28 qol vuran Harrini buraxmaq niyyətində deyil.
Qazaxıstanda hava dərs keçməyə imkan vermir
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblər bağlanıb. Yanvarın 22-dən hava şəraiti kəskin pisləşib. Bu səbəbdən bütün məktəblərdə və kolleclərdə dərslər dayandırılıb. Bir müddət əvvəl Akmola, Pavlador və Şimali Qazaxıstan vilayətlərində məktəblərin bağlandığı bildirilmişdi.
Polis Gəncədə 16 kq narkotik müsadirə etdi
Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
Bakcell şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Applab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.
Şamaxıda evə basqın edən dəstənin daha 2 üzvü yaxalandı
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.
Bakıda seksual manyak həbs olundu
Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nazir Qubada qəbul keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov 26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.
DTX-dan sensasion xüsusi əməliyyat
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycanda valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə bu il yanvarın 15-18-də keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Türkiyənin Afrin əməliyyatı ölkə iqtisadiyyatına təsir edəcəkmi? - Nazirlik cavablayır
Suriyanın Afrin şəhərində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terrorçularına qarşı aparılan "Zeytun budağı" hərbi əməliyyatı Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək.
"O Səs Türkiyə"də azərbaycanlı qızların günü - Ailanın geyimi hadisə oldu - VİDEO
Ötən gün "O Səs Türkiyə"də "Duel" mərhələsinin seçim turu keçirilib. TV8 ekranlarında yayımlanan mahnı yarışının bu mərhələsində iştirak edən iki azərbaycanlı qız Aila Rai və Aynurə Şirinova (Hər ikisi Yıldız Tilbenin komandası) növbəti mərhələyə yüksələn tərəf olublar.
Adam oğurlayan azərbaycanlı Ukraynada həbs edildi
Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğu və qarət üstündə saxlanılaraq həbs edilib. Paytaxt Kiyev şəhərinin Qolosevskiy rayonu məhkəməsinin qərarı ilə saxlanılan Azərbaycanın vətəndaşı, 1975-ci ildə anadan olan Neymətzadə Xalid Fəzail oğlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Dərslər nə vaxt başlayır?
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
Pentaqon: “Türkiyə ABŞ-ın müttəfiqidir"
ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyənin Suriyada başlatdığı Afrin əməliyyatına münasibət bildirib. Pentaqon rəhbəri Türkiyənin hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəlcədən xəbərdar etdiyini deyib: "Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Suriyanın Afrin şəhərində Türk ordusu tərəfindən keçirilən antiterror əməliyyatlarından xəbərdarıq. Bu ölkənin təhlükəsizliyi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz artıq gələcəkdə birgə görəcəyimiz yeni fəaliyyətlərə hazırlaşırıq".
Kreml Sərkisyanı dəstəkləyir - Atayev
Serj Sərkisyanın Ermənistanın gələcək baş naziri olması Rusiyaya daha çox sərf edir. Bunu “Sputnik” agentliyinə açıqlamasında rusiyalı politoloq Artur Atayev söyləyib. Onun sözlərinə görə, Rusiya İrəvandakı prosesləri diqqətlə izləyir: “Hazırda İrəvanda baş verən hakim Respublika Partiyası və ümumilikdə erməni elitası üçün siyasi imtahandır.














