Gündəm

Prezident yanında Apellyasiya Şurası: Bəzən mərkəzi və yerli icra hakimiyyətləri sahibkarları dinləmədən əsassız qərarlar qəbul edir

22 Yanvar 2018 11:33

Keçən il mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları 2017-ci ildə ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.

Prezident yanında Apellyasiya Şurası keçən il 27 şikayəti icraata götürüb

22 Yanvar 2018 11:29

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası qanunvericiliyin tələblərini, dövlət başçısının tövsiyələrini rəhbər tutaraq 2017-ci hesabat ilində ölkədə sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirib, Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.

ABŞ Rusiyanın qonşularını savaşa hazırlayır - Siyahı

22 Yanvar 2018 11:23

ABŞ Hərbi Logistik Agentliyi 5 Avropa ölkəsinin müharibə şəraitinə hazırlığıyla bağlı tədqiqata başlayıb. Yoxlamaların Belarus, Ukrayna, Moldova, Finlandiya və Polşada aparılması nəzərdə tutulub. Araşdırmada əsas məqsədin bu ölkələrdəki logistikanın normallaşdırılması, eləcə də sənayenin müharibə və fövqəladə şəraitlərə hazırlanması olduğu bildirilib.

Britaniya: Düşmən Rusiya artıq Avropadadır

22 Yanvar 2018 11:21

Rusiya tərəfindən artan təhdidlə əlaqədar ölkənin müdafiəsinin gücləndirilməsinə ehtiyac yaranıb. Bunu jurnalistlərə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib.

Tiflis erməni müxalif lideri qara siyahıya saldı

22 Yanvar 2018 11:20

Gürcüstan Ermənistanın müxalif Yerkir Tsirani (Ərik Ölkəsi) Partiyasının lideri Zarui Postancyanın ölkəyə girişini qadağan edib. Bu barədə informasiyanı “Azadlıq” radiosunun Ermənistan bölməsi yayıb. Radio Postancyana bir müddət öncə Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılaraq, qara siyahıya salındığı haqqında məlumat verildiyini bildirib. Ona ölkəyə girişinin qadağan olunmasının səbəbləri açıqlanmayıb.

Türkiyəni məst edən azərbaycanlı çoban “O Səs Türkiyə”dən KƏNARLAŞDIRILDI - VİDEO

22 Yanvar 2018 11:18

Sosial şəbəkələrdə azərbaycanlı çoban kimi məşhurlaşan Pərvin Səfərov "O Səs Türkiyə" yarışmasının növbəti mərhələsinə keçə bilməyib.

Paytaxtın 3 qəsəbəsinə içməli suyun verilməsində fasilə olacaq

22 Yanvar 2018 11:11

Paytaxtın Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.  “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, fasilə 22.01.2018-ci il, günün birinci yarısına qədər davam edəcək.

Zaqatalada 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur 

22 Yanvar 2018 11:10

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb.

Deputatımız AŞ PA-nın qış sessiyasında çıxış edəcək

22 Yanvar 2018 11:08

Yanvarın 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. “Olaylar” xəbər verir ki, sessiyada bir sıra təşkilati məsələlərə baxılacaq. Belə ki, sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.

Cəbhədəki vəziyyətlə bağlı son məlumat

22 Yanvar 2018 11:06

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyti xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Polis əməliyyat keçirdi, axtarışda olan 27 nəfər tutuldu

22 Yanvar 2018 11:05

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Avtomobil piyadanı vurub

22 Yanvar 2018 11:03

Yevlax rayonunda piydanın vuruması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Vergilər nazirinə yeni müavin təyin edildi

22 Yanvar 2018 11:00

Təhsil nazirin müavini vəzifəsindən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək posta aparılıb. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mətin Eynullayev vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin saytı hazırlanır

22 Yanvar 2018 10:58

 Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin saytı hazırlanır. “OLAYLAR” Foodinfo.az-a istinadən xəbər verir ki, afsa.gov.az ünvanında yerləşən veb-sayt yaxın müddətdə istifadəyə veriləcək.

Dövlət Departamenti yenə ermənipərəsət mövqe nümayiş etdirir

22 Yanvar 2018 10:56

"Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir. Türkiyəni itirilmiş dostlar siyahısına aid etmək olar. İndi də keçiblər Azərbaycana".  “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.