Tiflis erməni müxalif lideri qara siyahıya saldı
Gürcüstan Ermənistanın müxalif Yerkir Tsirani (Ərik Ölkəsi) Partiyasının lideri Zarui Postancyanın ölkəyə girişini qadağan edib. Bu barədə informasiyanı “Azadlıq” radiosunun Ermənistan bölməsi yayıb. Radio Postancyana bir müddət öncə Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılaraq, qara siyahıya salındığı haqqında məlumat verildiyini bildirib. Ona ölkəyə girişinin qadağan olunmasının səbəbləri açıqlanmayıb.
22 Yanvar 2018 11:20 DünyaGürcüstan Ermənistanın müxalif Yerkir Tsirani (Ərik Ölkəsi) Partiyasının lideri Zarui Postancyanın ölkəyə girişini qadağan edib. Bu barədə informasiyanı "Azadlıq" radiosunun Ermənistan bölməsi yayıb. Radio Postancyana bir müddət öncə Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılaraq, qara siyahıya salındığı haqqında məlumat verildiyini bildirib. Ona ölkəyə girişinin qadağan olunmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Postancyan Axalkalaki vilayətinə Ermənistan hakimiyyətinə qarşı ümumerməni qiyamını başlatmaq üçün gedən zaman sərhəddə saxlanılıb. Sonuncu dəfə Pontancyan Axalkalakidə belə tədbiri iki ay əvvəl keçirib. Axar.az