Dövlət Departamenti yenə ermənipərəsət mövqe nümayiş etdirir

"Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir. Türkiyəni itirilmiş dostlar siyahısına aid etmək olar. İndi də keçiblər Azərbaycana".  “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

"Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir. Türkiyəni itirilmiş dostlar siyahısına aid etmək olar. İndi də keçiblər Azərbaycana".  "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Dövlət Departamenti əvvəlcə vətəndaşlarını "terror təhlükəsi qarşısında" Azərbaycana getməməyi məsləhət gördü, indi də Konqres nümayəndələrinə "ABŞ - Arsax: səfərlər və təmaslar" adlı sənəd paylanıb: "Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var".

Politoloq qeyd edib ki, bu sənədin ciddi qəbul olunacağı şübhə doğurur: "Ancaq niyə Dövlət Departamenti bu cür konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah edən hesabat paylamır ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu Ermənistana dəstək verə bilməz, Azərbaycan bir çox məsələdə Vaşinqtonla əməkdaşlıq edir və s. ABŞ konqresmenlərindən birinin də ağlına gəlməz ki, Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbass separatçılarına dəstək versin, ora səfərlər etsinlər. Çünki anlayırlar ki, bu bölgələr Rusiyanın nəzarətindədir və bu Amerikanın maraqlarına ziddir. Amerikalı bir qrup konqresmenin Dağlıq Qarabağı digər separatçılardan ayrı tutması ikili standartın bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31