Britaniya: Düşmən Rusiya artıq Avropadadır

Rusiya tərəfindən artan təhdidlə əlaqədar ölkənin müdafiəsinin gücləndirilməsinə ehtiyac yaranıb. Bunu jurnalistlərə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib.

Rusiya tərəfindən artan təhdidlə əlaqədar ölkənin müdafiəsinin gücləndirilməsinə ehtiyac yaranıb. Bunu jurnalistlərə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib. Onun sözlərinə görə, Rusiya aqressiv və ekspedisiya qüvvələri yaradır: "Moskvanın təhdidlərinə cavab vermək vaxtı çatıb. Biz əllərimizi yanımıza qoyub otura bilmərik. Hazırkı təhdidlər bizdən 1000 kilometr məsafədə yerləşmir, bu təhdidlər Avropanın astanasındadır. Birləşmiş Krallığın bundan immuniteti yoxdur. Əgər biz öz düşmənimizdən geri qalsaq, o zaman önləyici zərbə endirmək imkanlarımız zəifləyəcək". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31