“Leyli və Məcnun” operasının 110 illiyi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub. Yubiley tamaşasında Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
22 Yanvar 2018 12:38 Teatr və kinoAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub.
Yubiley tamaşasında Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev və Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Vüqar Əliyev çıxış ediblər.
Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Qeyd edək ki, Azərbaycanda və müsəlman Şərqində operanın ilk nümunəsi olan "Leyli və Məcnun" dahi bəstəkar Üz.Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınmış və elə həmin il yanvarın 12-də (yeni təqvimlə 25-də) ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri yarandığı vaxtdan indiyə kimi fasiləsiz olaraq 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.