İnsan bədəninin içini görə bilən “X-Ray” gözlü qadın 

Rusiyada yaşayan 31 yaşlı Natalya Nikolayevna Demkina (Nataşa Demkina) “X-Ray” gözlərə sahibdir. Demkina bu gözlər vasitəsilə insan bədəninin içini, sümüklərini, orqanlarını, hətta qan axınını belə görə bilir. Belə bir bacarığa sahib olduğunu isə ilk dəfə 10 yaşında hiss etdiyini bildirir: “Anam ilə evdə olarkən gözlərimdə fərqli bir şey oldu. Daha sonra təkrar anama baxdıqda onun bədənini və orqanlarını görməyə başladım. Orqanlarını anama dedim və onları bir-bir saydım. İndi isə insanların daxilini rəngli şəkillər kimi görürəm və analiz edə bilirəm. Bunun vasitəsilə onlarda hansı xəstəliklərin olduğunu dərhal bilirəm”.

Rusiyada yaşayan 31 yaşlı Natalya Nikolayevna Demkina (Nataşa Demkina) "X-Ray" gözlərə sahibdir. Demkina bu gözlər vasitəsilə insan bədəninin içini, sümüklərini, orqanlarını, hətta qan axınını belə görə bilir. Belə bir bacarığa sahib olduğunu isə ilk dəfə 10 yaşında hiss etdiyini bildirir: "Anam ilə evdə olarkən gözlərimdə fərqli bir şey oldu. Daha sonra təkrar anama baxdıqda onun bədənini və orqanlarını görməyə başladım. Orqanlarını anama dedim və onları bir-bir saydım. İndi isə insanların daxilini rəngli şəkillər kimi görürəm və analiz edə bilirəm. Bunun vasitəsilə onlarda hansı xəstəliklərin olduğunu dərhal bilirəm".

Qeyd edək ki, Nataşa Demkina hazırda "Moskva Centre"də "Xüsusi insanların diaqnostik məlumatları" bölməsində çalışır.

"X-Ray" gözlərə sahib olan xanım dünya mediasının diqqətini də özünə cəlb etdirib. "The Sun" nəşri Demkinanı bu səbəbdən İngiltərəyə, "Discovery Channel" isə Nyu-Yorka dəvət edərək haqqında geniş müsahibə hazırlayıb. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31