Baş cərrah: "Keyləşdirmə altında olan şəxs özünü necə əməliyyat edə bilər?"

Belə məlumatlar verilir ki, guya Sumqayıtda kimsə özünü əməliyyat edərək kor bağırsağını çıxardıb, başqa bir şəxs də piyini çıxardıb. Lakin bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var.

Bunu  Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bariatrik-estetik cərrah Mübariz Məmmədlinin özünü liposaksiya (piy sovurma əməliyyatı) əməliyyatı etməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı videoya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əgər həkimin əməliyyatını başqa həkim həmkarı edibsə, bu əməliyyatın videosunun şəxsin öz adından sosial şəbəkədə paylaşılması düzgün deyil.

H.Bağırov qeyd edib ki, həkimin özünü əməliyyat etməsi praktiki baxımdan mümkün ola bilməz: "İndi bütün dünyada əməliyyatların hamısı keyləşdirmə altında aparılır. Keyləşdirmə mərkəzi sinir sisteminə təsir göstərir. Keyləşdirmə altında olan şəxs öz-özünü necə əməliyyat edə bilər?! Ona görə də bunlar ciddi məsələlər deyil".

Qeyd edək ki, estetik cərrah Mübariz Məmmədlinin İnstaqram səhifəsində özünü əməliyyat edən zaman çəkilən görüntülərini yayımlayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31