Gündəm
Ordu generalı həlak oldu
Suriya ordusu çərşənbə günü Deyr-əz-Zorun əyalət mərkəzinin ətrafında yerləşən Məyadin rayonunda İŞİD terrorçularının hücumunu dəf edib.
ABŞ-dan uğursuz raket sınağı
Havay adalarında ABŞ hərbi qüvvələri tərəfindən keçirilən PRO “Aegis” sisteminin sınağı uğursuzluqla nəticələnib. “Aegis” sistemi ilə təchiz olunan SM-3 zenit raketi təyyarədən buraxılan obyekti hədəf ala bilməyib.
Bu əsərlərin keçmiş sahibləri axtarılır
Müxtəlif dövrlərə və üslublara aid 31 rəsm əsəri Luvr muzeyinin daimi ekspozisiyasına daxil edilib. Bu məqsədlə iki xüsusi zal ayrılıb. Həmin əsərlərin hamısı alman işğalı zamanı fərdi şəxslərdən müsadirə olunub və Fransadan aparılıb. Hazırda bu rəsm əsərlərinin keçmiş sahiblərini tapmaq muzeyin əsas məqsədidir.
Kinonun 120 illiyi qeyd olunacaq - Sərəncam
Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənətinin təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçdiyi və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazandığı qeyd olunur.
Muğam Mərkəzində Gənclər günü
Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər gününə həsr edilmiş konsert keçirilib. "Mədəniyyət" kanalının direktoru, Əməkdar Artist Ramil Qasımov ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu günün ildən-ilə daha geniş şəkildə qeyd edildiyini söyləyib.
Putin ÜZR İSTƏDİ
Rusiya prezidenti Vladimir Putin ölkəni beynəlxalq yarışda təmsil edən idmançıları dopinq qalmaqalından qoruya bilmədiklərinə görə, onlardan üzr istəyib. Bu barədə Putin Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü zamanı bildirib.
Azərbaycanda cırtdanboyluların sayı artır - VİDEO
Cırtdanboyluluq da müalicə ilə aradan qaldırıla bilər. Respublika Endokrinoloji Mərkəzindən verilən maəlumata əsasən, ölkədə 300 nəfərə yaxın cırtdanboylu insan var. Bununla bağlı respublika üzrə 147 kişi və 124 qadın qeydiyyatdadır. Bu kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu maksimum 130, qadınlarda isə 120 sm-dir. Ümumilikdə isə respublikada cırtdanboyluların sayının qeydiyyatda olanlardan 2 dəfə çox olduğu güman edilir.
Danışan balinalar - VİDEO
Yeni elmi araşdırmalar dünyanın bütün okeanlarında rast gəlinən qatil balinaların qəribə xüsusiyyətini ortaya qoyub. Alimlər qatil balinaların insan səsinə bənzər səslər çıxara bildiyini üzə çıxarıb. Araşdırmada üzərində analizlər aparılan 14 yaşlı “Viki” adlı balina ingiliscə “salam”, “Amy” və “bay bay” kimi sözləri təqlid edib. Əlavə olaraq, 3-ə qədər saymağı da bacarıb.
Gənclər günü ərəfəsində teatrda görüş
2 fevral Gənclər günü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin iştirakı ilə “Ağ ölüm” tamaşasını təqdim edib. Olaylar.az bildirir ki, tamaşadan öncə idarənin məsul işçisi Raqif Allahverdiyev və ADGTT-nın gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək bildirdilər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb.
Nazirlik müsabiqəsi elan edir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.
“Kölgələr vadisi” geyim kolleksiyası nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə”sində “Rəssamlıq” fakultəsinin “Geyim dizaynı” ixtisası üzrə III və IV kurs bakalavr tələbələrinin semestr proqramının yekunu olaraq “Kölgələr vadisi” geyim kolleksiyasının nümayişi baş tutub. Olaylar.az bildirir ki, universitetin rektoru, professor-müəllim, tələbə və digər dəvətli qonaqların iştirak etdiyi nümayiş “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə təqdim edilib.
Daha bir şirkət avtomobillərini geri çağırır
"Mitsubishi" şirkəti Rusiyada 16,5 mindən çox avtomobili geri çağırıb. Bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək. Yubiley gecəsində xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Brilliant Dadaşova, Gülyaz Məmmədova, əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, İlqar Muradov, Lalə Məmmədova, Aqşin Abdullayev, İsfar Sarabski, Rəşad İlyasov, tanınmış ifaçılar Ayaz Qasımov, Nadir Qafarzadə, Zamiq Hüseynov, Fuad Musayev, Zabitə Alıyeva, Vüsalə Əsgərova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Kənan Qədimov, Aytən Məhərrəmova, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.
Öcalanın abidəsi dağıdıldı
Türkiyə ordusu PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb. Pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan olub.
Gənclər Günü ilə bağlı tədbir
Azərbaycan Dillər Universitetində 2 fevral-Gənclər Gününə həsr olunan “İlin Ənləri” adlı tədbir keçirilib. Tədbirdə 2 fevral-Gənclər Günü haqqında ətraflı məlumat verilib. Daha sonra universitetdə sosial-ictimai fəaliyyətlərinə, o cümlədən təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın imzası ilə təsdiq olunmuş plaketlərlə mükafatlandırılıb.













