“Kölgələr vadisi” geyim kolleksiyası nümayiş olundu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə”sində “Rəssamlıq” fakultəsinin “Geyim dizaynı” ixtisası üzrə III və IV kurs bakalavr tələbələrinin semestr proqramının yekunu olaraq “Kölgələr vadisi” geyim kolleksiyasının nümayişi baş tutub. Olaylar.az bildirir ki, universitetin rektoru, professor-müəllim, tələbə və digər dəvətli qonaqların iştirak etdiyi nümayiş “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə təqdim edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Böyük səhnə"sində "Rəssamlıq" fakultəsinin "Geyim dizaynı" ixtisası üzrə III və IV kurs bakalavr tələbələrinin semestr proqramının yekunu olaraq "Kölgələr vadisi" geyim kolleksiyasının nümayişi baş tutub.

Olaylar.az bildirir ki, universitetin rektoru, professor-müəllim, tələbə və digər dəvətli qonaqların iştirak etdiyi nümayiş "Dizayn və dekorativ tətbiqi sənət" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə təqdim edilib. İmtahan kolleksiyası kursun proqramına müvafiq modern, avanqard, vintaj, retro üstünlüyü olmaqla, fərqli qeyim üslublarını tələbələrin fərdi ifa tərzində əks edir, onların bu günədək əldə etdikləri nailiyyətlərini və yaradcılıq meyllərini müəyyəmləşdirir. Burada denim, cins, müxtəlif trikotaj və dəri materiallarından hazırlanan gündəlik və ziyafət geyimləri, aksesuarlar təqdim edilib. İmtahan nümayişindən sonra tələbələrin işləri müzakirə olunmuş və qiymətləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31