Gündəm

Cənubi Afrika Respublikasının yeni prezidenti MƏLUM OLDU

15 Fevral 2018 17:57

Siril Ramaposa Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti olub. Bu barədə qərar ölkə parlamentinin xüsusi iclasında qəbul olunub. S.Ramaposa bundan əvvəl vitse-prezident vəzifəsində çalışıb.

MTN polkovnikinin məhkəməsi təxirə düşdü

15 Fevral 2018 17:52

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

Abşeronda ŞOK OLAY - Aylardır axtarılan məktəbli evlərindəymiş - VİDEO 

15 Fevral 2018 17:51

Aylardır Saray qəsəbəsindən itkin düşdüyü deyilən məktəbli ilə bağlı ilginc olayın üstü açılıb. "Səni axtarıram"a müraciət edən qadının tükürpədici yalanı hər kəsi təəccübləndirib. İtkin düşüb dediyi oğlunun sinəsində problem olduğu üçün müalicəsinə imkanı olmadığını deyən qadın övladının itkin düşdüyü barədə yalan məlumat verərək, bu yolla övladının studiyaya gətirilməsini və müalicə olunmasını planlaşdırıb.

"Beşiktaş"ın futbolçusu klubundan FİFA-ya şikayət edib

15 Fevral 2018 17:42

"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma klubundan FİFA-ya şikayət edib. Məlumata görə, futbolçubuna səbəb kimi haqsızlığa uğramasını göstərib. 34 yaşlı portuqaliyalı geridə qalan 2,5 ildə yaxşı çıxışı ilə komandaya kömək etsə də, aldığı vərəqələrlə də çətinlik yaradıb.

Ermənistanda dəhşətli intihar hadisəsi olub

15 Fevral 2018 17:39

İrəvanda 37 yaşlı qadın doqquz yaşlı qızı ilə birgə körpüdən özünü aşağı atıb. Məlumata görə, qadınla uşağın cəsədi körpünün altındakı dərədən çıxarılaraq morqa təhvil verilib.

“Sarkisyanın siyasəti Ermənistanı acınacaqlı duruma salıb”

15 Fevral 2018 17:38

“Bu gün Ermənistandakı sosial-iqtisadi durum hər kəsə bəllidir. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticə etibarilə Ermənistanı acınacaqlı bir duruma salıb”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Mətbuat Şurasının fəaliyyəti qənaətbəxşdirmi?

15 Fevral 2018 17:37

Xəbər verildiyi kimi, cari ilin mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq idarə heyətinin yeni üzvləri seçiləcək.

Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir

15 Fevral 2018 17:27

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Nəsimi Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

Sabiq nazir adının ölüm hadisəsində hallanması ilə bağlı danışdı

15 Fevral 2018 17:26

Bakı sakini Nicat Vəliyev “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan şikayətçi olduğunu bildirib. Şikayətçi söyləyib ki, problem ilə bağlı lazımı qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib.

“Kinematoqrafçı” layihəsinə start verilib

15 Fevral 2018 17:04

“Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan”” Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “Kinematoqrafçı” layihəsinə  start verilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, layihə fondun maliyyə dəstəyi ilə kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği üçün təşkil edilir. 2 həftə davam edəcək layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçiriləcək və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verəcəklər. Təlimlərdə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktiki seminarlar da nəzərdə tutulur. Belə ki, ilkin mərhələdə ixtisas sahələri üzrə qruplaşan iştirakçılar son üç dərsdə birgə işlər hazırlayacaqlar.

BŞTİ rəhbərliyi Sabunçu məktəblərində görüşlər keçirib

15 Fevral 2018 17:03

Paytaxtətrafı məktəblərdə keçirilən növbəti görüşlər Sabunçu rayonunda təşkil olunub. “OLAYLAR” xəbər verir ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər. Görüşlər Sabunçu rayonu üzrə Pirşağı qəsəbə 188 və 305 nömrəli tam orta məktəblərdə təşkil edilib.

Ramiz Mirzəyevin oğlunun öldüyü qəzanın görüntüsü - VİDEO

15 Fevral 2018 17:01

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Həşimxanlı kəndində "Jeep" markalı minik avtomobili su kanalına aşıb. Hadisə nəticəsində AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev həlak olub.

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında birgə bəyannamə imzalanıb

15 Fevral 2018 16:55

Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başa çatıb. Məlumata görə, iclasın yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanıb. Bununla yanaşı, iclasın yekununda “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında niyyət məktubları imzalanıb.

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq

15 Fevral 2018 16:54

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq. Məlumata görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir. Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

“Taliban”dan ABŞ-a TARİXİ MƏKTUB

15 Fevral 2018 16:53

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib.  Hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa çağırıb.