Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Nəsimi Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. 20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Həmçinin Nəsimi rayonunda yerləşən özəl səhiyyə müəssisələrində də Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 15 fevral 2018-ci il tarixdə Nəsimi rayonunda yerləşən Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi təşkil edilmişdir.Tibb müəsisələrində sakinlər əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilirlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31