Gündəm
ABŞ-dan Türkiyəyə şok təklif: YPG PKK-ya qarşı vuruşsun
PKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə edilə bilər. ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşü zamanı bu təkliflə çıxış edib. Görüş zamanı Mettisə PYD-YPG-nin PKK-nın qolu olduğu və bunun hətta MKİ hesabatında da göstərildiyi bildirilib. Mettis isə öz növbəsində Canikliyə PYD-YPG-nin PKK-dan ayrılaraq, ona qarşı döyüşlərdə iştirak edə biləcəyini deyib.
Rusiya təhdidi: Avropa sürətlə silahlanır
Avropa dövlətləri Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün öz hərbi xərclərini artırmalıdırlar. Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Con Çipman söyləyib. Onun sözlərinə görə, Rusiya Şərqi və Şimali Avropada təhlükəsizlik üçün təhdiddir:
DİM qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir
Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir. Bu barədə DİM-dən məlumat verilib.
Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib
Prezident İlham Əliyev Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azercell-dən daha bir yenilik
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib
Prezident İlham Əliyev Ramiz Rzayevin Ali Məhkəmənin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Litva Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılmasına 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin edəndə özümüzü daha etibarlı hiss edəcəyik"
"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Maroş Şevçoviç: "Avropada infrastrukturla məşğul olan qurumlar "Cənub Qaz Dəhlizi"nə dəstəklərini ifadə ediblər"
"Bugünkü iclas çərçivəsində əvvəlki illərlə müqayisədə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində icra olunan işlərin qiymətləndirilməsini apardıqda görürük ki, nəzərdə tutulan tədbirlər qrafikə uyğun aparılır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Zaxarova: “Qarabağ münaqişəsinin həllini tapacağına ümid edirik”
“Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.
Maroş Şevçoviç: "Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir"
"Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Politoloq: “Seçkilərdə iştirak etməmək çıxış yolu deyil”
“Bütün siyasi təşkilatların başlıca vəzifəsi seçkiyə getmək və məqsədi seçkidə qalib gəlmək olmalıdır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda hazırki müxalifət partiyaların bəziləri seçkiyə getməkdən çəkinirlər”. Bunu Ramiz Alıyev deyib.
Röya ilə Aygünün məhkəmə çəkişməsi - 50 min manat təzminat...
Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib. Bu barədə report-a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib. Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və onun nümayəndəsinin növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub. Daha sonra məhkəmə iclası baxışa verilib.
"Səbail" afrikalı futbolçu ilə müqavilə bağladı
"Səbail"in Belçika "Standart"ından icarəyə götürdüyü Faruk Miya artıq Bakıdadır. Uqandalı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. 20 yaşlı futbolçu mövsümün sonuna kimi Topaz Premyer Liqanın debütantının şərəfini qoruyacaq.













