Rusiya təhdidi: Avropa sürətlə silahlanır
Avropa dövlətləri Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün öz hərbi xərclərini artırmalıdırlar. Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Con Çipman söyləyib. Onun sözlərinə görə, Rusiya Şərqi və Şimali Avropada təhlükəsizlik üçün təhdiddir:
15 Fevral 2018 18:30 DünyaAvropa dövlətləri Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün öz hərbi xərclərini artırmalıdırlar. Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Con Çipman söyləyib. Onun sözlərinə görə, Rusiya Şərqi və Şimali Avropada təhlükəsizlik üçün təhdiddir:
"Avropa ölkələri dünyanın təhlükəli yer olması faktını artıq dərk edirlər. Keçən il ərzində Avropanın hərbi xərcləri 3,6% artıb. Bu isə dünyada ən yüksək göstəricidir. Bu daha çox ABŞ-ın Avropaya bu istiqamətdə etdiyi təzyiqlər və Avropanın təhdid anlayışının dəyişməsiylə bağlıdır". Axar.az