Politoloq: “Seçkilərdə iştirak etməmək çıxış yolu deyil”
“Bütün siyasi təşkilatların başlıca vəzifəsi seçkiyə getmək və məqsədi seçkidə qalib gəlmək olmalıdır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda hazırki müxalifət partiyaların bəziləri seçkiyə getməkdən çəkinirlər”. Bunu Ramiz Alıyev deyib.
15 Fevral 2018 18:03 Siyasət"Bütün siyasi təşkilatların başlıca vəzifəsi seçkiyə getmək və məqsədi seçkidə qalib gəlmək olmalıdır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda hazırki müxalifət partiyaların bəziləri seçkiyə getməkdən çəkinirlər". Bunu Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bu addım həm də öz tərəfdarlarına qarşı atılmış bir addımdır: "Çünki bütün siyasi partiyaların tərəfdarları öz təmsil olunduğu siyasi partiyanın seçkidə iştirak etməsini və qalib gəlməsini arzulayır. Əgər siyasi pariya seçkiyə getmirsə demək ki, öz tərəfdarlarına və özlərinə inamı, güvəni qalmayıb. Açıq demək lazımdır ki, həmin baykot qərarı verən siyasi təşkilatların tərəfdarları haqlı olaraq qərar qəbul edib bu partiyaların sıralarını tərk etməlidirlər. Seçkilərin önə çəkilməsini bəhanə edərək seçkilərdə iştirak etməmək çıxış yolu deyil. Əslində seçkilərin tez keçirilməsi müxalifət partiyaların xeyirinə işləyən bir hadisədir. Yəni hakimiyyətdə olan siyasi partiya öz qanuni hakimiyyətinin altı ayından imtina edərək özündə cürət tapıb, heç bir müxalifət partiyasından çəkinmədən, qorxmadan seçkilərə gedir. Bu bir növ boks yarışına bənzəyir. Beləki rinqə çıxan bir idmançı özünə güvənərək rəqibindən öncə rinqə çıxıb öz rəqibini döyüşə səsləyir. Rəqib idmançı da bu mənzərəni görərək rinqə çıxmaqdan imtina edir". Sia.az