DİM qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir. Bu barədə DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir. Bu barədə DİM-dən məlumat verilib.

DİM ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir.

Müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi olmalıdır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31