ABŞ-dan Türkiyəyə şok təklif: YPG PKK-ya qarşı vuruşsun
PKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə edilə bilər. ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşü zamanı bu təkliflə çıxış edib. Görüş zamanı Mettisə PYD-YPG-nin PKK-nın qolu olduğu və bunun hətta MKİ hesabatında da göstərildiyi bildirilib. Mettis isə öz növbəsində Canikliyə PYD-YPG-nin PKK-dan ayrılaraq, ona qarşı döyüşlərdə iştirak edə biləcəyini deyib.
15 Fevral 2018 18:35 DünyaPKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə edilə bilər. ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşü zamanı bu təkliflə çıxış edib. Görüş zamanı Mettisə PYD-YPG-nin PKK-nın qolu olduğu və bunun hətta MKİ hesabatında da göstərildiyi bildirilib. Mettis isə öz növbəsində Canikliyə PYD-YPG-nin PKK-dan ayrılaraq, ona qarşı döyüşlərdə iştirak edə biləcəyini deyib.
Nurəddin Canikli amerikalı həmkarına belə bir şeyin mümkün olmayacağını və PYD-YPG terrorçularına verilən dəstəyin tamamilə kəsilməli olduğunu xatırladıb. Axar.az