Gündəm
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Tədbirə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç qatılıb. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir.
"Ermənistan bundan sonra da təcrid olunacaq"
“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu sözləri millət vəkili Musa Qasımlı deyib.
BAXCP rəsmisi: ““Trollar” anlayışını Azərbaycana Əli Kərimli gətirib”
“Ümumiyyətlə müxalifətin sosial şəbəkələrdə 11 aprel 2018-ci ildə ölkəmizdkeçiriləcək növbədənkənar prezident seçkilərini boykot etməsi heç bir əhəmiyyət kəsb etmir”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Bu cür ittihamlar qətiyyən həqiqətə uyğun deyil
“Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı Milan məhkəməsinin çıxardığı bəraət hökmünü Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirmək olar”. Bunu millət vəkili Azər Badamov deyib.
Meksikada qeyri-adi olay
Meksikada qeyri-adi olay olub. Məlumata görə, 54 delfin özünü sahilə atıb. Onlardan 33-ü xilas edilib, digər 21 delfin ölüb. Mütəxəssislər qeyd edirlər ki, onlar digər delfin növlərinin təzyiqi ilə sahilə çıxıblar.
50 nəfəri xilas edən sürücünün faciəli sonu
İki mərtəbəli avtobus sürücüsü Tailandın şimalındakı dağ yolunda yanan avtobusdan 50 sərnişini xilas edib, lakin o, avtobusu saxlamağa çalışarkən özü də ölüb.
Yenə təhlükə, yenə rus təyyarəsi
Rusiyanın Blaqoveşensk şəhərindən Yakutustanın paytaxtı Yakustk şəhərinə uçan Yakutiya Hava Yollarına aid AN-24 sərnişin təyyarəsi havaya qalxdıqdan az zaman sonra Blaqoveşensk havalimanına texniki nasazlıq problemi ilə məcburi olaraq geri dönüb. Havada təyyarənin iki mühərrikindən birinin dayandığı bildirilir.
"Çudo Peçka”nın təsisçisinin işi üzrə məhkəmə davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda Ç. Cəlilovun vəkili Janna Bağırova vəsatətlə çıxış edərək ittihama aid olmayan bəzi şahidlərin adının şahidlər siyahısından çıxarılmasını istəyib: “Nazim Bəbirov, İbrahim Qədimov, Elsevər Ələkbərov və Məhərrəm Kişiyevin ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Çünki onlar 2011-ci ilə qədər şirkətdə işləyiblər. İttiham isə 2012-ci ildən verilib”.
Regionların sosial-iqtisadi inkişaf proqramları ənənəvi sahələrin inkişafına təkan verib
Müasir çağırışların tələblərinə uyğun olaraq ölkədə həyata keçirilən çevik iqtisadi nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə tətbiq olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub. Onu da qeyd edək ki, regionların sosial iqtisadi inkişafl ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bir sıra ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına nail olunub. Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatç
Erməni ekspertdən ŞOK ÇAĞIRIŞ
“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib. Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib. “Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik.
Sevdanın illər əvvəlki görüntüsü hər kəsi çaşdırdı – VİDEO
Tanınmış müğənni Sevda Yəhyayevanın illər əvvəl toyların birində çəkilmiş görüntüləri üzə çıxıb. Sözügedən video “Instagram” sosial şəbəkəsində yayılıb.
Qızın atasıyla qarşılaşdı- Özünü pəncərədən atdı
Ötən gün Türkiyənin Düzce bölgəsində maraqlı hadisə yaşanıb. Belə ki, oğlan 14 fevralda sevgilisinə hədiyyə vermək üçün pəncərədən qızın otağına daxil olub. Lakin 19 yaşlı gənc, qarşısında qızın atasını görən kimi pəncərədən tullanıb. Yaralanan oğlanı tutan ata onu polisə təslim edib.
Agentliyə yeni sədr müavini TƏYİNATI
Ötən ay ölkədən çıxışı qadağan olunan 1145, ölkəyə girişi qadağan olunan 93 nəfər sərhəddən buraxılmayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb. DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, onların 12 nəfər Azərbaycan Respublikası, 13 nəfər Özbəkistan, 6 nəfər Gürcüstan, 3 nəfər Pakistan, 2 nəfər İran İslam Respublikası, 2 nəfər Mərakeş, 1 nəfər Rusiya, 1 nəfər Tacikistan, 1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfər İordaniya, 1 nəfəri Şri-Lanka, 1 nəfər isə Türkiyə vətəndaşı olub.
Son təyyarə qəzası Rusiya mülki aviasiyasının etibarını yerlə bir edib
Rusiyanın təyyarələri tərəfindən sərnişin daşınması Avropada ən təhlükəli sahələrdən biri hesab olunur. Odur ki, Rusiya futbol üzrə dünya çempionatında fanatları ölkəyə gətirmək istəyirsə xarici ekspertlərin köməyindən istifadə etməlidir.














