"Ermənistan bundan sonra da təcrid olunacaq"

“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

"Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, hər bir layihdə olduğu kimi bu layihədə də Ermənistan kənarda qalacaq: "Ermənistanın kənarda qalmasının səbəbi Yerevanın təcavüzkarlıq siyasətindədir. Əgər Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsəydi, ermənilərin sosial-iqtisadi şəraiti fərqli olardı. Bu dəhlizin işə düşməsi Azərbaycana böyük gəlirlər gətirəcək. Ölkəmizin strateji mövqeləri güclənəcək, beynəlxalq əhəmiyyəti artacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31