Bu cür ittihamlar qətiyyən həqiqətə uyğun deyil
“Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı Milan məhkəməsinin çıxardığı bəraət hökmünü Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirmək olar”. Bunu millət vəkili Azər Badamov deyib.
15 Fevral 2018 16:36 Siyasət"Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı Milan məhkəməsinin çıxardığı bəraət hökmünü Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirmək olar". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı olan qüvvələr çoxdur və onların məqsədi ölkəmizi ləkələməkdir: "Həmin qüvvələr dövlətimizin imicinə zərbə vurmağa çalışırlar. Xüsusi ilə bu cür qarayaxma kampaniyalarının prezident seçkiləri öncəsi daha da çoxalması ehtimalı var. Göründüyü kimi Milan məhkəməsi də ədalətli qərar çıxardı. Azərbaycanın düzgün mövqedə olduğunu öz qərarı ilə sübut etdi. Məsələnin dərinliyinə, köklərinə baxanda görürük ki, ölkəmizə qarşı çıxan qüvvələrin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Məhkəmə araşdırmasından da göründüyü kimi bütün bunlar boş şeylər idi. Sadəcə olaraq, bizim inkişafımızı, qüdrətlənməyimizi görməzlikdən gəlməklə Azərbaycana qarşı təbliğat aparmaq məqsədi daşıyırdı".
Millət vəkili həmçinin qeyd edib ki, bu cür addımlar bizim beynəlxalq imicimizə zərbə vurmaq məqsədi güdürdü: "Amma baş tutmadı. Bu cür qarayaxma kampaniyalarını olduğu kimi qəbul etməliyik. Çünki güclü və inkişaf etməkdə olan ölkə üçün çirkin kampaniyaların aparılmasını dünya praktikasında da çox görmüşük. O cümlədən, ölkəmizə qarşı da bu cür hallar gözləniləndir. Bu o demək deyil ki, Azərbaycana qarşı kimlərinsə sürdüyü ittihamlar həqiqəti əks etdirir. Milan məhkəməsinin qərarı da bir daha sübut etdi ki, bu cür ittihamlar qətiyyən həqiqətə uyğun deyil". Sia.az