Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Tədbirə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç qatılıb. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir.
15 Fevral 2018 16:51 SiyasətBu layihə iqtisadi inkişafa və regional əməkdaşlığa böyük töhfə verir
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Tədbirə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç qatılıb. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. Prezident vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir" deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir. Dövlət başçısı bu layihənin icrasının enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini diqqətə çatdırıb. O, layihə ilə bağlı indiyə qədər görülən işlərdən danışarkən vurğulayıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub. Bu layihənin iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verdiyini diqqətə çatdırıb. "Cənub Qaz Dəhlizi" layihəsinin vacib seqmenti olan TANAP boru kəmərinin inşasına dair İstanbulda imzalanan sazişin əhəmiyyətindən danışan prezident bu layihənin iqtisadi faydasının bütün iştirakçı dövlətlər üçün əhəmiyyətli olduğunu qeyd edib. Dövlət başçısı ötən il "Azəri-Çıraq-Günəşli" neft yataqlarının istismarına dair müqavilənin 2050-cı ilə qədər uzadılmasının önəmini də vurğulayıb. Uğurla icra edilən layihələrin Azərbaycanı beynəlxalq ictimaiyyətə etibarlı tərəfdaş kimi təqdim etdiyini deyən prezident bildirib k, Bakı-Tiblisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri bunun ən gözəl nümunəsidir. Dövlət başçısı Azərbaycanın iqtisadi sahədəki naliyyətlərini konkret rəqəmlərlə diqqətə çatdırıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışan prezident bu cür layihələrin bütün ölkələr üçün fayda verəcəyinə əminliyini ifadə edərək tədbir iştirakçılarını gələn il keçiriləcək beşinci toplantıya dəvət edib. Prezident onu da vurğulayıb ki, "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti Avropa ilə Asiya arasında ən qısa marşrutdur. Bu layihə sayəsində yüklərin daşınması üçün sərf edilən vaxt iki dəfə qısalıb. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq olmadan bu layihələrin reallaşdırılmasının mümkünsüzlüyünü vurğulayan dövlət başçısı çıxışında Avropa İttifaqı ilə əlaqələrə toxunaraq, hazırda Azərbaycanla qurum arasında hazırlanan yeni tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni format yaradacağını qeyd edib. Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib. Tədbirə qatılan Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Trans-Anadolu (TANAP) qaz boru kəməri bu ilin iyul ayında istifadəyə veriləcək. Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq. Nazir bildirib ki, TANAP Türkiyənin enerji təchizatı təminatı və Milli enerji və mədən Strategiyası baxımından da önəmli layihədir: "Son iki ildə təchizat təminatı məsələsində önəmli addımlar atılıb". B.Albayrak qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına daşınması üçün də ən məqbul və ən rasional alternativdir: "Türkiyə TANAP və TAP ilə Xəzərdəki təbii ehtiyatların dünya bazarına çıxarılmasında nə qədər böyük önəm daşıyırsa, Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına nəqli üçün də ən məqbul və ən rasional alternativ hesab edilib. Bütün beynəlxalq təşkilatlara tərəfdaşlara səslənirəm ki, gəlin bu fürsətləri yaxşı dəyərləndirək, bölgədəki ixtilafları, qeyri-müəyyənliyi daha da artıracaq addımlar yerinə, qazanmaq üsulunu tətbiq edək".
Nurlan