Regionların sosial-iqtisadi inkişaf proqramları ənənəvi sahələrin inkişafına təkan verib

Müasir çağırışların tələblərinə uyğun olaraq ölkədə həyata keçirilən çevik iqtisadi nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə tətbiq olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub. Onu da qeyd edək ki, regionların sosial iqtisadi inkişafl ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bir sıra ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına nail olunub. Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatç

Müasir çağırışların tələblərinə uyğun olaraq ölkədə həyata keçirilən çevik iqtisadi nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə tətbiq olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub. Onu da qeyd edək ki, regionların sosial iqtisadi inkişafl ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bir sıra ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına nail olunub.
Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib ki, meyvə və tərəvəz əsas ərzaq məhsullarından olmaqla, həm də geniş ixrac potensialına malik və valyuta gətirən məhsullardır. Ölkəmizin əlverişli təbii iqlim şəraiti demək olar ki, bütün bölgələrdə meyvə və tərəvəz istehsalına imkan verir. Tapşırığınıza uyğun olaraq, son illər digər sahələrdə olduğu kimi, meyvə-tərəvəz istehsalında da müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına, bu sahələrin daha gəlirli sahəyə çevrilməsinə və ixracın genişlənməsinə imkan yaradıb. Dövlətin bu sahələrin inkişafına göstərdiyi diqqət və sahibkarlara dəstəyinin nəticəsidir ki, intensiv meyvə bağlarının əkin sahələri genişlənib, müasir istixana kompleksləri yaradılıb. 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq 2917-ci ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Bu isə regional və qlobal səviyyədə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində ölkəmizə əlavə valyuta gətirilməsində mühüm rol oynayır. İstehsal etdiyimiz məhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur: "Meyvə-tərəvəz istehsalı və ixracı istiqamətində reallaşdırılan tədbirlərin koordinasiyasını təmin etmək məqsədilə ötən il Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası yaratmışıq. Assosiasiyamızın əsas məqsədlərindən biri də bu sahədə fəaliyyət göstərən sahibkarları birləşdirməklə, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək göstərmək, sahibkar-dövlət münasibətlərini daha da inkişaf etdirmək və xüsusilə ixrac potensialını artırmaqla, onun coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir". Onun sözlərinə görə, geniş istehsal və ixrac potensialı olan meyvə-tərəvəz sahəsinin inkişafına daim dövlət dəstəyi göstərilir. Müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bundan sonra da bu sahə sürətlə inkişaf edəcək, ixrac imkanlarımız daha da artacaq: "Əlverişli investisiya mühitindən bəhrələnərək Zirə qəsəbəsində 5 hektar ərazidə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurmuşuq, istehsal olunan məhsullar "AzTomato" brendi altında ixrac olunur. Həyata keçirilən islahatlardan ruhlanaraq İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq. Bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik. Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq. Bununla yanaşı, meyvə-tərəvəz məhsullarının istehsalının və ixracının artırılması, xarici bazarların tələblərinə uyğun məhsul yetişdirilməsi üçün yeni intensiv meyvə bağlarının, tingçilik və istixana təsərrüfatlarının yaradılmasına daha çox dövlət dəstəyinin göstərilməsinə ehtiyac var". Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus ata-baba sortu dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir. Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Məhsulun ixrac olunduğu ölkələr əsasən İtaliya, Rusiya və Almaniyayadır: "Ümumilikdə, 2017-ci il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq, istehsalçılarımız xarici ölkələrə artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Təşkil olunmuş çoxsaylı biznes-forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak etmiş və potensial idxalçılarla əlaqə yaratmışıq. Biz yeni dəstək mexanizmlərindən, xüsusilə ixracın təşviqi və "Made in Azərbaycan" brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu arada fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı dövlət başçısının 2016-cı il 16 noyabr tarixli Sərəncamını xüsusilə qeyd etmək istəyirəm. Dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək".Onun sözlərinə görə, fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. Bu sahədə səmərəliliyin artırılması, dəyər zəncirinin formalaşdırılması və işin əlaqəli şəkildə aparılması vacibdir: "Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq. Assosiasiyanın qarşısında duran vəzifə fındıq istehsalının inkişafını yeni mərhələyə çatdırmaq, məhsullarımızı yeni bazarlara çıxarmaq, istehsal texnologiyalarına dair təcrübə mübadiləsini təmin etmək, iş adamlarının qarşısında dayanan çağırışların həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdir. İstehsalın və ixracın artırılmasına nail olmaq üçün isə bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Belə ki, fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi; əsas istehsal bölgələrində laboratoriyaların açılması və laborator analizlərin aparılmasının təkmilləşdirilməsi; fındıq istehsalının artırılması üçün maliyyə resurslarına çıxış, o cümlədən güzəştli kreditlərin genişləndirilməsi; ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması (hazırda həmin mexanizmə yalnız emal olunmuş fındıq daxildir və assosiasiyamızın üzvləri ancaq bu təşviq imkanlarından yararlanır); fındıqçılıq sahəsində yüksəkixtisaslı aqronom və texnoloqların hazırlanmasıha ehtiyac var". Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq, aqrar sənayenin inkişafı təmin olunub və sahibkarlar üçün əlverişli biznes mühiti yaranıb. Ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-nin ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd edilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncam sahibkarlara göstərilən diqqətin bariz nümunəsidir: "Şərabçılıq Azərbaycanın ənənəvi istehsal sahələrindən biridir. Dövlət başçısının bu sahəyə göstərdiyi diqqət, qəbul edilən qərar və proqramların icrası nəticəsində hazırda respublikamızda üzümçülük və şərabçılıq özünün yeni inkişaf mərhələsindədir. Ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib. Eyni zamanda, şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. Dövlət başçısı tərəfindən 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və "Made in Azərbaycan" brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq. Şərabçıların istehsal və ixrac sahəsində işinin koordinasiyasını təmin etmək üçün 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq. Assosiasiyamız bu sahədə fəaliyyət göstərən sahibkarları öz ətrafında birləşdirməklə, onların problemlərinin həllinə kömək göstərilməsinə, şərabçılıqla bağlı statistikanın təkmilləşdirilməsinə, ixracın artırılmasına, xarici bazarlarda daha güclü marketinq fəaliyyətinə çalışacaq". Onun bildirdiyinə görə, ölkədə şərabçılıq sahəsinin potensialı böyükdür: "Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və məqsədlər dayanır. Yazxşı olardı ki, şərabçılıq və üzümçülük sahəsində yüksəkixtisaslı texnoloq və aqronomların hazırlanmasına, şərabçılıq məhsullarının regionlara və mikrozonalara ayrılaraq qorunması və xaricdə təbliğinə, şato tipli fərdi şərabçılığın inkişafına, müəssisələrdə dövriyyə vəsaitinin artırılmasına dövlət dəstəyinin daha da genişləndirilməsi, şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalına nail olunsun".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31