"Beşiktaş"ın futbolçusu klubundan FİFA-ya şikayət edib

"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma klubundan FİFA-ya şikayət edib. Məlumata görə, futbolçubuna səbəb kimi haqsızlığa uğramasını göstərib. 34 yaşlı portuqaliyalı geridə qalan 2,5 ildə yaxşı çıxışı ilə komandaya kömək etsə də, aldığı vərəqələrlə də çətinlik yaradıb.

"Beşitaş"ın rəhbərliyi 2015-2016-ci il mövsümündə 12 sarı, 2016-2017-ci il mövsümündə 10 sarı və bu mövsüm 3 sarı, 1 qırmızı vərəqə alan futbolçuya 350 min avro pul cəzası kəsib.

Buna etiraz edən futbolçu İstanbul klubundan FİFA-ya şikayət edib. O, qurumun verəcəyi qərarı gözləyir.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edən Vinsent Abubakar da FİFA-ya şikayət edib. Türkiyə nəhəngi 4 sarı, 3 qırmızı vərəqə alan hücumçuya 400 min avro pul cəzası kəsib.

Xatırladaq ki, Kuarejmanın "Beşiktaş"la müqaviləsi 2020-ci ildə başa çatır. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31