“Sarkisyanın siyasəti Ermənistanı acınacaqlı duruma salıb”

“Bu gün Ermənistandakı sosial-iqtisadi durum hər kəsə bəllidir. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticə etibarilə Ermənistanı acınacaqlı bir duruma salıb”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Bu gün Ermənistandakı sosial-iqtisadi durum hər kəsə bəllidir. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticə etibarilə Ermənistanı acınacaqlı bir duruma salıb". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, son dövrlərdə də Ermənistanı himayə edən güclərin iqtisadi problemləri, eyni zamanda diasporanın bu ölkəyə, rejimə daha vəsait ayırmaq istəməməsi nəticə etibarilə onsuzda acınacaqlı olan vəziyyəti daha da kəskin bir həddə çatdırıb: "Digər tərəfdən ölkəni tərk edən əsasən gənclərdir. Gənclərin işğalçı ordunun tərkibində xidmət etmək istəməmələri, Azərbaycan ordusunun potensialı nəticə etibarilə işğalçı ölkə vətəndaşlarının ölkəni daimi tərk etməsinə gətirib çıxarır. Ermənistan özünün işğalçı siyasətini davam etdi ki, Ermənistanın təcridolunma siyasəti daha da güclənəcək. Nəticə etibarilə bu Ermənistanın tamamilə boşalmasına gətirib çıxaracaq. Əgər Sarkisyan rejimi ilə Ermənistanın indiki hakimiyyəti siyasəti davam etdirəcəklərsə, şübhəsiz ki, o zaman ermənisiz Ermənistan qalacaq".

Qeyd edək ki, Emənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb. 2017-ci il ərzində Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31