Gündəm

Əsəd Türkiyəni BOMBALADI - VİDEO

21 Mart 2018 10:57

Əsəd rejimi gecə saatlarında Hatayda yerləşən polis məntəqəsini raket atəşinə tutub.  Hatayın Hammut tepe adlanan ərazisi yaxınlığına atılan raketlər nəticəsində bölgədəki əsgərlərdən biri yüngül xəsarətlər alıb.

Filippində avtobus dərəyə düşdü, 19 nəfər həlak oldu

21 Mart 2018 10:57

Filippində yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb. Qəza yerli vaxtla saat 09.30-da Qərbi Mindorro əyalətində baş vrib. Avtobusun hərəkət zamanı yoldan çıxdığı və dərəyə düşdüyü bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Meksikada Novruz Bayramı və Azərbaycan Mədəniyyəti Günü

21 Mart 2018 10:55

Meksikanın Mexiko ştatının Naukalpan şəhərinin ən böyük və tanınmış Naukali parkında ölkəmizin Meksikada Səfirliyinin təşkilatçılığı və Naukalpan şəhəri Hökumətinin dəstəyi ilə “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” keçirilib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə Naukalpan şəhər sakinləri, həmçinin bir sıra ölkənin Meksikada səfirləri və digər diplomatik korpus nümayəndələri iştirak edib.

Hakimi söyən türk əsilli isveçrəli baş məşqçi cəzalandırılıb

21 Mart 2018 10:55

Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb.  "Qrasshopers"in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb. İsveçrə çempionatının 24-cü turunun "Lozanna" ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.

Rusiyada 9-u uşaq olmaqla 29 nəfər naməlum qazdan zəhərlənib

21 Mart 2018 10:53

Rusiyanın Tambov şəhərində 9-u uşaq olmaqla 29 nəfər naməlum qazdan zəhərlənib.

Fələstin prezidenti kimi söydü?

21 Mart 2018 10:51

Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın Tel Əvivdəki səfiri Devid Fridmanı söyüb. Mahmud Abbas İsrailin Fələstin torpaqlarında qanunsuz yaşayış məntqələri salmasını müdafiə edən və bu ərazilərin İsrailə aid olduğunu söyləyən ABŞ səfirini it oğlu it adlandırıb.

ABŞ paytaxtında yerləşən Corctaun Universitetində Azərbaycan Mədəniyyəti 

21 Mart 2018 10:50

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakultəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün “Mədəniyyə axşamı”adlı sərgi keçirilib. Səfirlikdən Olaylar.az bildirilib ki, 30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Röyadan Rəqsanə və Nadir açıqlaması: "Deyir ki, sponsor sevgilidir"

21 Mart 2018 10:50

Əməkdar artist Röya Ayxan müğənni Nadir Qafarzadə haqda açıqlama verib.  Müğənni "5/5" verilişində sənətçilərin şou-biznes nümayəndələri haqda dediyi sözləri qınayıb: "Müğənnilər yeni çıxanlar haqqımda ucuz danışmasınlar.

Vatsapda MÜHÜM YENİLİK

21 Mart 2018 10:46

"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib. Mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.

Cocuq Mərcanlıda 24 il sonra İLK BAYRAM - VİDEO

21 Mart 2018 10:44

​​Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Novruz bayramını qeyd edirlər. Uğurlu aprel döyüşlərindən sonra öz doğma kəndlərinə qayıdan ailələr bayram hazırıqlarını başa çatdırıblar. Digər cəbhə kəndlərində də bayram sevinci yaşanıb.

Binəli Yıldırım azərbaycanlı şəhid uşaqları ilə görüşdü

21 Mart 2018 10:43

Türkiyənin Baş naziri azərbaycanlı şəhid uşaqları ilə görüşüb. Türkiyənin Baş naziri Binəli Yıldırım “Türkiyə və Azərbaycanın şəhid övladları qucaqlaşır” sosial proqramı çərçivəsində azərbaycanlı şəhid uşaqları ilə görüşüb.

İraqdan Ərdoğanın çağırışına cavab: "Hazırıq!"

21 Mart 2018 10:40

Həmsərhəd bölgələrdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Türkiyə ilə əməkdaşlığa hazırıq. Bunu İraq Ədliyyə naziri Heydər Zamlı Türkiyənin İraqdakı səfiri Fatih Yıldızla görüşü zamanı deyib. Görüş zamanı Fatih Yıldız Türkiyə-Suriya və Türkiyə-İraq sərhədlərində terror qruplarının yerləşdiyini bildirərək, Türkiyənin İraqla əməkdaşlığı çərçivəsində sərhədləri terrorçulardan təmizləmək üçün hərbi əməliyyatların başladıldığını bildirib.

Azərbaycanın qızıl ehtiyatında artım var

21 Mart 2018 10:39

Son illərdə kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb. Müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib. Nəticədə qiymətli metalların hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər əldə edilib.

Məşhur milyonçu vəfat etdi

21 Mart 2018 10:19

"Blackstone Group" investisiya şirkətinin sahibi, məşhur milyonçu Piter Peterson 92 yaşında ABŞ-da dünyasnı dəyişib. Bu barədə "Bloomberg" mərhumun ailə üzvlərinə istinadən məlumat yayıb.

TÜKÜRPƏDƏN CİNAYƏT: Ana övladına baxan dayəni yandırdı - FOTO​​​​​​​

21 Mart 2018 10:18

Londonda tükürpədən cinayət hadisəsi baş verib. Körpə uşağa dayəlik edən 21 yaşlı Sofi Lionenin yanmış meyiti tapılıb. Uşağın anası boyfrendi ilə əlbir olaraq onu yandırıb.