Gündəm
Prezident istefa verdi
Myanma prezidenti U Txin Çjo istefa verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.
Rusiyada bu təyyarələrin istismarı dayandırıldı
Türkiyədə böyük əməliyyat: 3 vilayətdə...
Dağıstanda əməliyyatlar başladı
Vəliəhdin bəyanatı yalandır: Terrorçuları gizlətmirik - İran
Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək
Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə "NHK" telekanalının məlumatında deyilir.
Süni uşaq qidaları: nəyi bilmək mühümdür? - ARAŞDIRMA
Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara çox az rast gəlinir. Atrıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Qısacası, əgər altı ay ərzində üç pediatra müraciət etmisənsə, deməli, bu süni qidaların markası üç dəfə dəyişib. Uşaqlara müxtəlif mənşəli süni qidaları vermək olarmı? Azərbaycanda satılan bu məhsullarla bağlı hansı problemlər var? Ailem.az bununla bağlı araşdırma aparıb.
Qərb Ukraynadan bizə qarşı istifadə edir - Rusiya
Ukrayna artıq tez-tez beynəlxalq hüquq çərçivəsindən kənara çıxır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının spikeri Vyaçeslav Volodin söyləyib.
ABŞ-da məktəbdə atışma: yaralılar var
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq
Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Türkiyədə yol qəzası: 10-dan çox yaralı
Ərdoğan: "Türkiyə Qərbin istəyini yerinə yetirdi və iki ay ərzində Afrini azad etdi"
Əgər ABŞ Türkiyənin mütəffiqidirsə, o zaman Türkiyə ilə birgə fəqliyyət göstərməlidir. Məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Qərbin Afrində hərbi əməliyyatların dayandırılması barədə xahişini yerinə yetirmək qərarına gəldi və iki ay ərzində Afrini terrorçularda tam təmizlədi.
2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir. A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib. O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.
"Facebook" 5 milyard dollar itirdi
"Facebook"un təsisçisi Mark Zukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.














