Vəliəhdin bəyanatı yalandır: Terrorçuları gizlətmirik - İran

Məhəmməd bin Salmanın İran ərazisində Əl-Qaidə liderlərinin olması barədə bəyanatı böyük yalandır.

Axar.az xəbər verir ki, bu barədə informasiya İran Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

"Səudiyyə Ərəbistanı Əl-Qaidənin yaradılmasında mühüm rol oynayan ölkələrdən biri olub. Bin Salman Ər-Riyadın 11 sentyabr teraktından iştirakını gizlədə bilməyəcək" - deyə o bildirib.

Xatırladaq ki, Məhəmməd bin Salman İranın Əl-Qaidə liderlərinə sığınacaq verdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31