"Facebook" 5 milyard dollar itirdi

"Facebook"un təsisçisi Mark Zukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.

"Facebook"un təsisçisi Mark Zukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.

Publika.az "Forbes"ə istinadən xəbər verir ki, bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaşıb, şirkətin bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.

Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq "Facebook"un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31