ABŞ paytaxtında yerləşən Corctaun Universitetində Azərbaycan Mədəniyyəti 

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakultəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün “Mədəniyyə axşamı”adlı sərgi keçirilib. Səfirlikdən Olaylar.az bildirilib ki, 30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakultəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün "Mədəniyyə axşamı"adlı sərgi keçirilib.

Səfirlikdən Olaylar.az bildirilib ki, 30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizin stendi qurulmuş,Azərbaycan mədəniyyəti haqqında müvafiq çap materialları və suvenirlər təqdim olunub. Sərginin Novruz bayramı ərəfəsində keçirildiyini nəzərə alaraq, tələbələrər Azərbaycan milli şirniyyatlarına qonaq edilib.

Sərgidə ölkəmizi həmvətənimiz Türkan Muxtarova təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31