TÜKÜRPƏDƏN CİNAYƏT: Ana övladına baxan dayəni yandırdı - FOTO​​​​​​​

Londonda tükürpədən cinayət hadisəsi baş verib. Körpə uşağa dayəlik edən 21 yaşlı Sofi Lionenin yanmış meyiti tapılıb. Uşağın anası boyfrendi ilə əlbir olaraq onu yandırıb.

 

Londonda tükürpədən cinayət hadisəsi baş verib.

Körpə uşağa dayəlik edən 21 yaşlı Sofi Lionenin yanmış meyiti tapılıb. Uşağın anası boyfrendi ilə əlbir olaraq onu yandırıb.

Cinayətin üstü qonşuların həyətdən yanmış ət qoxusu gəlməsindən şikayət etdikdən sonra açılıb. Sofinin yanmış meyitinin qalıqları həyətdən tapılıb.

Polisin ilkin araşdırmasından sonra məlum olub ki, fransız cütlük Sabrina Kuayder və Kissem Meduni dayənin cadugərliklə məşğul olmasından şübhələnib. Onlar Lioneni girov götürüblər, döyüblər, ac saxlayıblar və daha sonra yandırıblar. Cütlük onun boyunbağı oğurladığını da izahatda qeyd edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31