Gündəm
Lavrovla Yapon nazir arasında QƏRİBƏ ZARAFAT: "Cənab nazir qarı..."
Xarici işlər naziri Sergey Lavrovun Yaponiya səfəri çərçivəsində maraqlı söhbəti medianın diqqətini çəkib. Yaponiyada səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrovla yaponiyalı həmkarı Taro Kono ilə süfrə arxasında maraqlə zarafat olub. Bu zarafatı isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün feysbuk sosial səhifəsində paylaşıb.
Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur - MN
Kabildə güclü partlayış: 26 ölü, 18 yaralı
Samiraldonun evi VİDEO+ FOTOLAR
Stilist Samiraldo Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib.
Türkiyədə partlayış baş verib: 1 ölü, 2 yaralı
Türkiyənin Bursa şəhərində yaşayış evində partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Partlayış məişət qazının sızması nəticəsində baş verib.
Folklorşünas: “Novruz adət-ənənələri saxtalaşdırılıb” MÜSAHİBƏ
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq
Azərbaycanda martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
İsraildən şok etiraf: "Suriyada nüvə reaktorunu vurduq" - Video
İsrail on il yarım əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib. Bu barədə İsrail ordusunun bəyanatında deyilib. Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib. “4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - bəyanatda bildirilib.
Mirhəsən Seyidov: "Azərbaycan gəncləri prezident seçkilərində fəal olmalıdır"
"Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərin uğurla keçiriləcəyinə əminəm. Azərbaycanda işlək seçki mexanizminin olması belə deməyə əsas verir. Ölkəmizdə demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb". Milli.Az bildirir ki, bu fikirləri "İrəli" İctimai Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mirhəsən Seyidov deyib.
Putin iki rəqibinə vəzifə təklif edib: Qrudinin nazir, Sobçak qubernator?
5 ulduz futbolçu "Real"dan gedir
Real" yayda heyətində islahatlar aparacaq. "Kral Klubu" 5 ulduzu ilə yollarını ayıracaq. "Marca"nın məlumatına görə, Qaret Beyl, Kərim Benzema, Aşraf Hakimi, Markos Llorente və Borya Mayoral komandadan göndəriləcək. Əvəzində heyətə yeni futbolçular qoşulacaq.
ABŞ-da Novruz təntənəsi
Vaşiqton şəhərinin məşhur və tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirlikləri birlikdə təşəbbüs göstərərək 20 mart 2018-ci ildə Novruz bayramı geniş şəkildə qeyd olunub. Azərbaycanın Amerikadakı səfirliyindən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, o cümlədən ABŞ administrasiyasının və konqres rəsmiləri iştirak edib.
Dəməşq atəşə tutuldu
Suriyanın paytaxtı Dəməşq dairəsinin Caraman rayonu ərazisində yerləşən bazar terrorçular tərəfindən atəşə tutulub. Nəticədə 35 dinc sakin ölüb, daha 32-si yaralanıb. Bunu Dəməşqin dövlət xəstəxanasının direktoru doktor Haysam əl-Hüseyni deyib.














