Gündəm

Prezidentin çıxışından sonra bu nazirlər istefaya getdi - FOTO

22 Mart 2018 11:22

Peruda bütün nazirlər istefa ərizəsi yazıb. Bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

22 Mart 2018 11:20

Martın 31-də Bakıda beynəlxalq təhsil sərgisinin açılışı olacaq. Sərgidə təhsil ekspertləri xarici universitetlərə qəbul qaydaları, ən yaxşı təhsil ocaqları, xaricdə oxuyanların təqaüd almaları, Türkiyə, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Çin, Qazaxıstan, Sinqapur, Şimali Kipr, İsveçrə, Rusiya və digər ölkələrdə bakalavriat və magistratura təhsili barədə sualları cavablandıracaqlar.

İstirahət mərkəzində yanğın - Qubada

22 Mart 2018 11:18

Qubada yanğın hadisəsi qeydə alınıb. Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.

Abşeronda 2 yaşlı körpəni maşın vurdu

22 Mart 2018 11:16

Abşeronda 2 yaşlı körpəni avtomobil vurub. Hadisə Hökməli qəsəbəsində baş verib. 2016-ci il təvəllüdlü Zeynallı Məhəmmədəli Xəlil oğlu oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Aviareyslər təxirə salındı - ABŞ- da

22 Mart 2018 11:15

“FlightAware” saytının məlumatına görə, ABŞ-ın şimal-şərqində qar tufanı ilə əlaqədar aviareyslər ləğv edilib.  ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 4,3 mindən çox aviareys ləğv edilib.

Dini tədris müəssisələrində yeni qaydalar qüvvəyə mindi

22 Mart 2018 11:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə cərimələr tətbiq olunacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Acun təyyarəsini satır - Foto

22 Mart 2018 11:10

Acun İlıcalının "Challenger 300" təyyarəsi 6,5 milyon dollara satışa çıxarılıb.  Təyyarəni almaq istəyən yoxdur. Aylardır satıla bilməyən təyyarə üçün Acunun adamları bir çox yollara əl atırlar.

İsrail əsgərinə şillə vuran 16 yaşlı fələstinli qızla bağlı məhkəmə QƏRAR VERDİ

22 Mart 2018 11:08

İsrail məhkəməsi 16 yaşlı fələstinli qıza 8 aylıq həbs qərarı çıxardı. Ötən ilin dekabrında İsrail əsgərləri tərəfindən Ramallahda ailəsiylə yaşadığı evə basqın edilərək nəzarətə alınan 16 yaşlı Axed Tamimiyə İsrail əsgərlərinə güc tətbiq etdiyi və şillə vurduğu üçün məhkəmə qərar qəbul edib.

Terrorçular Afrində bu texnikalarla tunel qazıblar -  FOTOLAR

22 Mart 2018 11:06

Türkiyənin Afrində apardığı əməliyyatlar zamanı YPG terrorçularına məxsus tunel qazmaq üçün texnika aşkarlanıb. Sosial şəbəkələrdə həmin texnikanın görüntüləri paylaşılıb. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin yanvarında 20-da başladığı Zeytun Budağı əməliyyatı martın 18-də uğurla tamamlanıb.

12 kiloqram narkotikin qaçaqmal yolu ilə ölkəyə gətirilməsinin qarşısı alındı

22 Mart 2018 11:04

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd su­­la­rına daxil olması müəyyən edil­ib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Türkiyədən Angela Merkelə şillə kimi CAVAB

22 Mart 2018 11:02

Almaniya Kansleri Angela Merkelin ötən dəfə Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun Budağı" əməliyyatı haqqında səsləndirdiyi neqativ fikirlərə Türkiyənin Xarici İşlər Nazirliyindən kəskin cavab gecikmədi.

Vergidən yayınan məşhura 5 il həbs və pul cəzası - FOTO

22 Mart 2018 11:01

Məşhur ispaniyalı futbolçu Xabi Alonso vergidən yayınmaqda ittiham olunur. İspaniya millisinin sabiq üzvü 2010-2012-ci illər aralığında 2 milyon avroluq vergini ödəməkdən yayınıb. Alonso bu məsələ ilə bağlı ilk məhkəmədə bəraət alsa da, ona qarşı yenidən ittiham irəli sürülüb.

Birinci xanım bu dəfə fərqli obrazda görüntüləndi - Fotolar

22 Mart 2018 10:59

ABŞ-ın birinci xanımı Melani Tramp Ağ evdə görüş keçirib.  Tramp görüşə ciddi geyimdə qatılıb. O, qələm ətək, pencək geyinib.