"Napoli" baş məşqçisi ilə yeni müqavilə bağlamağı planlaşdırır
22 Mart 2018 13:30 İdman"Napoli" bu həftə baş məşqçisi Maurisio Sarri ilə yeni müqavilə imzalamağı planlaşdırır. SİA-nın məlumatına görə, klubun prezidenti Aurelio De Laurentis bununla bağlı təcrübəli mütəxəsislə görüş keçirəcək. Neapol klubu məşqçinin müqavilə müddətini 2022-ci ilin yayına kimi uzatmaq, məvacibini isə 3 milyon avroya yüksəltmək istəyir. Sarrinin sözləşməsində buraxılış qiymətini yığışdırmaq da planda var. Onun 2021-ci ilə kimi nəzərdə tutulan cari müqaviləsində 8 milyon avro buraxılış qiyməti göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31