Gündəm
“iPhone X”in yeni modeli daha ucuz olacaq
“Apple” şirkətinin “iPhone”nun 10-cu ili münasibətilə çıxartdığı “iPhone X” modeli gözlənilən nəticəni verməyib. Hətta satışlar aşağı olduğu üçün şirkət zavodlardakı istehsalı 2 qat azaldıb. Belə olan halda ekranları və bir sıra detalları “Samsung”dan aldığı üçün satışların aşağı olması “Samsung”a da ziyan vurdu. Bunları görən “Apple” 2018-ci il üçün çıxaracağı iPhone modellərində qiymətləndirmə siyasətlərində dəyişiklik edəcəyini bildirib:
“Azərbaycanın məhəbbət mahnıları” albomu Türkiyədə
Türkiyədə “Azərbaycanın məhəbbət mahnıları” adlı musiqi albomu buraxılıb. Satışa çıxarılmış albom “Ahenk müzik” firması tərəfindən hazırlanıb. İstanbulun Mərmərə Universitetinin musiqi fakültəsinin məzunu Utku Barış Andaç və İstanbul Texniki Universitetini səsyazma və studiya texnologiyaları ixtisası üzrə bitirmiş Ozan Sarıboğanın tərtib etdikləri iyirmi mahnının instrumental ifasından ibarət alboma Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin “Qəmgin mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Nazəndə sevgilim”, Cahangir Cahangirovun “Ay qız” və digər əsərlər, həmçinin xalq mahnıları daxil edilib.
Şəhriyar Məmmədyarov "İddiaçılar Turniri"ndə bu liderlə qarşılaşacaq
Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək. Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
İrəvan qorxu içində: Türk ordusu gələrsə...
Əgər Türkiyə ordusu Suriyanın Qamışlı bölgəsinə gələrsə, erməni diasporu ilə qarşı-qarşıya qalacaq. Bu sözləri İrəvan Dövlət Universitetinin Şərq elmləri fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan bildirib. Melkonyan türk ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində hədəf aldığı yaşayış məntəqələri arasında ermənilərin də yaşadığı Qamışlı bölgəsinin olduğunu bildirib:
Bu şəxslərin maaşı artırıldı - QƏRAR
Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb. Bununla bağlı qərarı baş nazir Artur Razi-zadə imjzalayıb.
PKK-nın ən təhlükəli terrorçusu məhv edildi
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib. S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib. Onunla birlikdə daha bir neçə terrorçunun məhv edildiyi bildfirilir. məhv edilib.
Ağır qəza - 19 ölü
Tailandın şimal-şərq bölgəsində ağır yol qəzası baş verib. İkimərtəbəli sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Feysbuk yenə ÇÖKDÜ
Bu gün səhər saatlarından Feysbuk sosial şəbəkəsinə daxil olmaq mümkün olmayıb. Sosial şəbəkə istifadəçiləri bu barədə "Tvitter" və digər sosial şəbəkələrdə yazıblar. "Facebook.com" ünvanına giriş etmək üçün "Google Chrome" daxil olmaqla bir çox brauzerdən istifadə edilsə də, səhifəni açmaq və şəxsi hesaba daxil olmaq mümkün olmayıb.
Səməd Seyidov: “Xalq artıq öz seçimini edib”
“Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının ilk toplantısı keçirildi. Artıq bayram ab-havası hökm sürür. Hər şey çox yüksək səviyyədə davam edir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
DSX ölkəyə qeyri-qanuni 11,9 kq narkotik vasitənin gətirilməsinin qarşısını alıb
Martın 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.
DİQQƏT: Allergik rinitin yaranma səbəbi nədir?
Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının saytında yer alan məlumatda deyilir ki, bu problemə allergiyaya meyilli insanlarda xüsusilə daha çox rast gəlinir. Bu, əksər hallarda ömürboyu davam edən, yaşlanma ilə birlikdə şiddəti zəifləyən xəstəlikdir. Xəstəlik yaz aylarında, ağacların tozlandığı dövrdə daha da şiddətlənir.
Türkiyə PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib. Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-ya qarşı aktiv döyüşlərdə iştirak edib.
Açıqlandı: Ən duzsuz çörək Çindədir
Dünya Duz və Sağlamlıq Hərəkatının araşdırmasına görə, bəzi çörəklərin tərkibindəki duzun miqdarı dəniz suyundakı duzun miqdarına yaxındır.
Göyçayda avtomobil yanıb
Göyçayda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan məlumata görə, Göyçay rayonunda "QAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Həkim: Gündə azı 20 dəqiqə piyada gəzmək ürəyi sağlamlaşdırır
Hazırda ürək-damar xəstəlikləri (ÜDX) dünyada ölüm hallarının ən geniş yayılmış səbəbidir. Özü bu, elmi-texniki tərəqqinin sürətlənməsinə, tibb texnikasının təkmilləşdirilməsinə, ixtisaslı tibb işçilərinin sayının artmasına, habelə yüksək keyfiyyətli dərman vasitələrinin yaradılmasına baxmayaraq baş verir. Ürək-damar xəstəlikləri ürək və onun ətrafındakı qan damarları ilə bağlıdır. Miokard infarktı və stenokardiya vaxtsız ölüm hallarının ən çox təsadüf edilən səbəblərindəndir.














