Gündəm
ABŞ alimləri: "Toyuq yumurtası beyinə qan sızmasının qarşısını alır"
İnsultun qarşısını alan vasitələr arasında hamı üçün əlçatan olanları var. ABŞ alimləri müəyyən ediblər ki, toyuq yumurtası beyinə qan sızmasının qarşısını almağa səmərəli kömək edir. “Medikforum” saytında yer alan məlumatda deyilir ki, Miçiqan Universitetinin elmi işçiləri bir neçə tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. İştirakçılar tədqiqat zamanı toyuq yumurtası yeyiblər. Alimlər müəyyən ediblər ki, hər gün cəmi bir yumurta yemək insultun qarşısını 12 faiz alır.
İranda zəlzələ olub
Prezident seçkiləri ilə bağlı bu prosedurlar bu gün başa çatır
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti bu gün başa çatır. Məlumata görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, yəni martın 22-dək dərc edilməlidir.
Evdə ölümcül təhlükə yaradan 5 ƏSAS SƏBƏB
Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar. Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.
Məşhur futbolçuya 5 il həbs cəzası verilə bilər - Vergidən yayınıb
İspaniyalı sabiq futbolçu Xabi Alonso vergidən yayınmaq iddiası ilə məhkəməyə verilib. Onun Madrid “Real”ında forma geyindiyi dövrdə, 2010-2012-ci illər aralığında dövlətdən 2 milyon avro məbləğində vergidən yayındığı bildirilir.
Çində Beynəlxalq Novruz günü münasibəti ilə tədbir keçirilib
Ronaldonun yeni TRANSFERİ...
“Quanqzu Everqrande”nin sabiq baş məşqçisi Luis Felipe Skolari Kriştiano Ronaldo ilə bağlı gözlənilməz açıqlama verib. Məlumata görə, “Esporte İnterativo” saytına açıqlama verən mütəxəssis “Real”ın portuqaliyalı ulduzunun ondan Çindəki həyatla bağlı məlumatlar aldığını bildirib: “Onda dedim ki, Çinə getmək fürsəti olsa, bundan imtina etməsin”.
Bu ölkə başıbağlılara SÜRÜCÜLÜYÜ QADAĞAN ETDİ
Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib. Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib. Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.
Məşhur futbolçu KLUBSUZ QALIB
Qanalı məşhur futbolçu Maykl Essyen klubsuz qalıb. Futbolçu qarşılıqlı razılıq əsasında İndoneziyanın “Persib Bandunq” klubundan ayrılıb. 35 yaşlı oyunçu ötən ilim martından İndoneziya klubunda karyerasına davam edirdi.
Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazırdır
Xızıda 5 yaşlı qızın üzərinə qaynar su dağılıb, vəziyyəti ağırdır
Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq - Poroşenko
Gürcüstanda zəlzələ olub
Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 03:46-da qeydə alınan yeraltı təkanların episentri Tbilisidən 86 km qərbdə, ocağı isə 1 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Britaniya öz suallarına cavab eşitmək istəmir – Peskov
Britaniya səfirinin Rusiya XİN-də keçiriləcək görüşdə iştirakdan imtina etməsi Londonun öz suallarına cavab eşitməmək arzusunun davamıdır.
Quru meyvələri düzgün seçməyin üsulları
İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?














