ABŞ alimləri: "Toyuq yumurtası beyinə qan sızmasının qarşısını alır"

İnsultun qarşısını alan vasitələr arasında hamı üçün əlçatan olanları var. ABŞ alimləri müəyyən ediblər ki, toyuq yumurtası beyinə qan sızmasının qarşısını almağa səmərəli kömək edir. “Medikforum” saytında yer alan məlumatda deyilir ki, Miçiqan Universitetinin elmi işçiləri bir neçə tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. İştirakçılar tədqiqat zamanı toyuq yumurtası yeyiblər. Alimlər müəyyən ediblər ki, hər gün cəmi bir yumurta yemək insultun qarşısını 12 faiz alır.

İnsultun qarşısını alan vasitələr arasında hamı üçün əlçatan olanları var. ABŞ alimləri müəyyən ediblər ki, toyuq yumurtası beyinə qan sızmasının qarşısını almağa səmərəli kömək edir. "Medikforum" saytında yer alan məlumatda deyilir ki, Miçiqan Universitetinin elmi işçiləri bir neçə tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. İştirakçılar tədqiqat zamanı toyuq yumurtası yeyiblər. Alimlər müəyyən ediblər ki, hər gün cəmi bir yumurta yemək insultun qarşısını 12 faiz alır.

Tədqiqatçılar toyuq yumurtası yeməyin profilaktik effektinin yüksək olmasını bu məhsulun antioksidant maddələr kompleksi ilə zəngin olması ilə əlaqələndirirlər. Orqanizmin müəyyən səbəblərə görə daim məruz qaldığı oksidləşmə prosesinin intensivliyi bu maddələr sayəsində səngiyir. Hüceyrələrdə oksigen təzyiqinin düşməsi çox təhlükəli xəstəliklərin, o cümlədən ürəyin işemik xəstəliyinin və beyində qan dövranının pozulması ilə bağlı olan iltihabi proseslərin kəsilməsinə gətirib çıxarır.

Yumurta yeyən zaman orqanizmə damarlara və kapillyarlara yaxşı təsir göstərən birləşmələr və rahat həzm olunan zülallar daxil olur. Bu da yumurtanın faydalı xüsusiyyətlərini gücləndirir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31