Xızıda 5 yaşlı qızın üzərinə qaynar su dağılıb, vəziyyəti ağırdır

Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. Hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə gətirilib.

Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31