Xabi Alonso vergidən yayınmaqda ittiham olunur

İspaniya millisinin sabiq futbolçusu Xabi Alonso vətənində vergidən yayınmaqda ittiham olunur. SİA-nın məlumatına görə, 36 yaşlı Alonso 2010-12-ci illərdə 2 milyon avronu vergi orqanlarına ödəməyib. Dövlət ittihamçısı vergi qanunvericiliyinin 3 maddəsini pozmaqda təqsirləndirilən ispana 5 il həbs cəzası və 4 milyon avro cərimə istəyib. Xabi Alonsonun məsləhətçilərinə də cəza kəsilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31